“Azərsu” ASC ilə komitə arasında qalmaqal

img

08-04-2014 [12:30]


«Azərsu» ASC daha bir dövlət müəssisəsi tərəfindən məhkəməyə verilib.

Bu barədə Mia.az-adaxil olan məlumata görə, Qorxmaz Hüseynovun rəhbəri olduğu qurumu məhkəməyə çəkən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyindəki müəssisədir: «Sözügedən komitənin tabeliyində olan Dövlət Aerogeodeziya Müəssisəsinin narazılığı «Azərsu»nun «Smart kart»a yüklənən vəsaitin borca silməsidir. Hazırda müəssisə ASC-dən köhnə borcun yeni karta köçürülən vəsait hesabına silinməsinin qadağan edilməsini tələb edir. İşə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəmədə baxılıb».

Mia.az-ın xəbərinə görə, tərəflər arasında mübahisə artıq Bakı Apellyasiya Məhkəməsində araşdırılır: «Hakim Nurəddin Mustafayevin sədrliyi ilə borc qalmaqalına aprelin 10-da baxılacaq»

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA