PA rəsmisi daha bir partiya sədri ilə görüşüb - Nələr müzakirə olunub?
27-05-2022 [14:38]
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ölkədə aparılan iqtidar-müxalifət siyasi dialoqu çərçivəsində Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova ilə görüşüb.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən bildiriblər ki, görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar və iqtidar-müxalifət siyasi dialoqu, həmçinin dayanıqlı demokratik ənənələrin dərinləşməsində siyasi partiyaların rolu, cəmiyyətdə qadınların rolunu artıran dövlət təşəbbüsləri, dünyada baş verən münaqişələr fonunda siyasi sabitliyin əhəmiyyəti və Azərbaycanın dünya siyasi xəritəsində artan rolu barədə fikir mübadiləsi aparılıb.
Siyasi dialoq prosesi çərçivəsində görülmüş işlər haqqında danışan şöbə müdiri bildirib ki, Prezident İlham Əliyevin təşəbbüslərini fəal dəstəkləyən siyasi partiyalar, əslində, ölkəmizdə yeni siyasi mədəniyyətin formalaşmasına və demokratik ənənələrin dərinləşməsinə xidmət etmiş olurlar. Siyasi dialoqda iştirak edən tərəflər arasında konstruktiv əməkdaşlıq mühitinin bərqərar olması cəmiyyətin bütün potensialının dövlətin inkişafına yönəlməsini mümkün etdiyini vurğulayan Administrasiya rəsmisi, yaranmış müsbət əməkdaşlıq dinamikasının inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.
Mayın 22-də Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşün nəticələrinə toxunan Ədalət Vəliyev xüsusi vurğulayıb ki, mövcud istiqamətdə əldə edilmiş nailiyyətlər bütün regionda sülhün bərqərar olması prosesində əvəzolunmaz əhəmiyyətə malikdir. Həmin görüşdən sonra Azərbaycanda və Ermənistanda dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının yaradılması, Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində ilk görüşün keçirilməsi Azərbaycanın növbəti uğuru kimi dəyərləndirilməlidir.
Eyni zamanda, görüş zamanı dövlət tərəfindən koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində respublikamızda epidemioloji vəziyyətin nəzarətdə saxlanılmasına nail olunması, həmçinin dövlətimizin öz təşəbbüsləri və əməli addımları ilə hazırkı şəraitdə dövlətlər və xalqlar arasında təmasların sıxlaşmasına, qlobal pandemiya ilə mübarizədə beynəlxalq səylərin səfərbər olunmasına mühüm töhfələr verməsi yüksək qiymətləndirilib.
Təşkil olunmuş görüşə görə təşəkkürünü bildirən partiya sədri öz növbəsində milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar nəticəsində bu gün ölkənin siyasi palitrasında qarşılıqlı etimada və milli maraqların üstünlük təşkil etdiyi dövrə qədəm qoyulduğunu, yeni siyasi konfiqurasiyanın yaranmasının, o cümlədən dialoq mühitinin daha da dərinləşdirilməsi istiqamətində atılan addımların siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətlər formalaşdırmasında, ümumdövlət məsələlərinə vahid mövqedən yanaşmasında əhəmiyyətli rol oynadığını bildirib. Əsli Kazımova, həmçinin cəmiyyətdə qadınların artan rolu, humanitar sahədə dövlət təşəbbüslərinin əhəmiyyəti, gender məsələlərinin aktuallığının qorunmasına xidmət edən qanunverici təşəbbüslərin əhəmiyyəti barədə fikirlərini səsləndirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi