Cəbhədə mina partladı, 3 hərbçimiz öldü, 4-ü yaralandı - YENILƏNİB

img

08-04-2014 [10:31]


Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 3 hərbçisinin dünyasını dəyişməsi faktını təsdiq edib. Müdafiə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 4 əsgərimiz ağır yaralanıb. 

Müdafiə Nazirliyinin mətbuat xidməti ANS PRESS-ə açıqlamasında hadisənin araşdırıldığını deyib. Araşdırmalardan sonra hadisə barədə ətraflı məlumat veriləcək.

***

Ötən gecə 01:00-da Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 3 hərbçisi ölüb, 8 əsgər ağır yaralanıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə cəbhənin Füzuli istiqamətində Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndi ərazisində baş verib.

Mina partlaması nəticəsində Azərbaycan Ordusunun hərbçiləri - əsgərlər Novruz Abdullayev, Seyfəddin Kərimov və kapitan Ceyhun Orucəliyev şəhid olub. Ərazidəki 8 əsgər isə ağır yaralanıb.

Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA