Prezident İlham Əliyev Estoniya Parlamentinin sədrini qəbul edib - FOTO
25-05-2022 [11:02]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Estoniya Respublikası parlamentinin sədri Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mia.az xəbər verir ki, dövlət başçısı Azərbaycanla Estoniya arasında ikitərəfli münasibətlərin gələcəkdə də uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirərək qarşılıqlı təmasların önəmini qeyd edib və bu baxımdan Azərbaycan parlamenti sədrinin Estoniyaya, Estoniya parlamenti sədrinin isə ölkəmizə səfərinin həm ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əməkdaşlığın genişlənməsinə töhfə verdiyini bildirib.
Prezident İlham Əliyev Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyətinin Şuşaya səfərinə toxunaraq bu səfərin ermənilərin həmin ərazilərdə işğal dövründə törətdikləri genişmiqyaslı dağıntıları öz gözləri ilə görmələri baxımından çox önəmli olduğunu vurğulayıb.
Avropa İttifaqı-Azərbaycan əlaqələrinə toxunan dövlət başçısı Brüsselə son səfərinin nəticələrini çox müsbət qiymətləndirib və səfər zamanı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatını qeyd edərək, Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasında vacib rol oynadığını bildirib. Dövlət başçısı Avropa İttifaqı ilə əlaqələrin ölkəmiz üçün önəmini qeyd edərək, bu əlaqələrin çoxşaxəli olduğunu və ənənəvi enerji sahəsindən əlavə digər istiqamətləri də əhatə etdiyini dedi və qeyd edib ki, ölkəmizdə yaradılan müasir nəqliyyat infrastrukturu və Azərbaycanın Xəzəryanı dövlətlər, eləcə də Qərb istiqaməti üzrə bağlantıları Avropa ilə Asiya arasında qarşılıqlı əlaqədə çox mühüm rol oynayacaq.
Estoniya parlamentinin sədri Yuri Ratas ilk növbədə 28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı təbrik edib, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunmasının önəmini vurğuladı. Yuri Ratas Bakıya səfəri zamanı səmərəli və məhsuldar görüşlərin keçirdiyini diqqətə çatdırıb.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi