07-04-2014 [18:46]
Məsələn, Twitter sosial şəbəkəsinin fəal istifadəçisi, Azərbaycandakı vəziyyət və prosesləri az qala zərrəbinlə izləyən və ölkəmizi hər fürsətdə tənqid edən Keti Pirs (Katy Pearce) postsovet ölkələri üçün "rəngli inqilablar” ssenarisini müəyyənləşdirərkən Elnur Aslanovun "təqaüdçü vəzifəsi”nə - Rabitə Nazirliyinə şöbə müdiri postuna təyin edilməsi barədəki xəbəri böyük həvəslə göydə tutdu.
İlk baxışda belə düşünə bilərsən ki, hansısa bir məmuru bir vəzifədən götürür, az sonra isə onu nəzərə o qədər də çarpmayan başqa bir vəzifəyə qoyursan. Amma yox! Keti Pirs bu məsələyə ayrı gözlə və çox diqqətlə baxır.
Yeri gəlmişkən, həmin bu Keti Pirs 2013-cü il prezident seçkiləri ərəfəsində və seçkidən sonra Əliyev hakimiyyətini seçkiləri ölkə boyunca saxtalaşdırmaqda və repressiya siyasəti yürütməkdə açıq-açığına və çox sərt şəkildə tənqid edirdi. İndi isə o, bir "Elnur Aslanov obrazı” əkib-becərir.
Bu da Keti Pirsin messeci.

Lakin Sietldən olan hansısa internet fəalı Keti Pirs Elnur Aslanova dəstək qrupunda tək deyil. Uzaq və balaca Azərbaycandakı proseslər bu xanımdan ötrü məntiqlə əslində ən axırıncı dərəcəli məsələ olmalıdır. Amma belə deyil. Özü də Keti Pirs E.Aslanovun yaxın məsləkdaşı və əqidədaşı, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) rəhbəri Fərhad Məmmədovun bəyanatına əsaslanır.
Bəli, bəli, söhbət F.Məmmədovun 10 saatdan sonra tələm-tələsik təkzib eləməyə çalışdığı həmin o qalmaqallı müsahibədən gedir. SAM rəhbəri həmin müsahibəsində E.Aslanovun balaca vəzifəyə təyin olunmasından təəssüfləndiyini bildirmiş, həmin postu E.Aslanovdan ötrü "təhqiramiz dərəcədə aşağı vəzifə” saydığını demişdi.
F.Məmmədov haqqin.az və virtualaz.org saytlarını məhkəmə ilə də hədələmişdi. Amma azadlıqsevər bir amerikalı kimi davranmalı və "totalitar dövləti” (axı o, Azərbaycanı belə adlandırır!) təmsil edən məmurlarla polemikaya girmiş müstəqil jurnalistlərin tərəfində durmalı olan bu sietlli araşdırmaçı-xanım ağlagəlməz şəkildə akrobatik sıçrayışla hoppanıb məmur Fərhad Məmmədovun haqqin.az və virtualaz.org saytlarına qarşı bəyanatını göydə tutur. Keti Pirs həmin bəyanatı daha sonra sosial şəbəkələrdə paylaşıb tirajlayır. Özü də F.Məmmədovun müsahibəsini contact.az saytının timsalındakı "məxməri inqilabçı” nəşrlər tirajlayıb yayır. Niyə? Prezidentin şəxsinə, şəxsiyyətinə açıq nifrət bəslədikləri halda onların Əliyevin məmuruna belə güclü sevgisi haradan qaynaqlanır?
Bundan əlavə, dövlətə və prezidentə xidmət etməli olan məmur haqqin.az və virtualaz.org saytlarına hücum çəkən bu "narıncı inqilab”çı xanıma ötürmə verir. Bu, təzaddırmı? Bəlkə düşünmək üçün materialdır?
Buyurun, bu da skrinşot:

Bu "narıncı inqilabçı” xanım bilirsinizmi nə yazır?! Keti Pirs yazır ki, Azərbaycanda bir qrup qoca və mürtəce məmur Elnur Aslanov, Fərhad Məmmədov və Ceyhun Osmanlı kimi gənc və istedadlı islahatçıları nurçuların ifşa olunması kampaniyası çərçivəsində sistemdən və dövlət aparatından vurub çıxarmağa çalışır. E.Aslanovun vəzifədən çıxarılması barədəki sərəncamda prezident İlham Əliyevin imzasının olduğunu nəzərə alanda amerikalı bloggerin bu mesajının mahiyyəti lap aydınlaşar.
Hələ baxın bir, görün Keti Pirs hansı məqaləni tvit eləyib! Bu məqalə Azərbaycanda Elnur Aslanova və onun yaxın ətrafında olan Fərhad Məmmədova qarşı niyə guya "ovlama əməliyyatı” başlandığını izah edir.

Rəbiyyət Aslanovanın (Elnur Aslanovun deputat anasının) gəldiyi əqli nəticənin ziddinə olaraq dövlət məmuru siyasətlə məşğul ola bilməz. Amma bu "gənc islahatçı”lar öz fikir və "analitik düşüncələri”ni, xüsusən də Azərbaycan-İran münasibətləri kimi ağrılı məsələyə dair baxışlarını əllərinə düşən hər fürsətdəcə yayıb tirajlayırdılar. Buyurun, Natali Gulet (Nathalie Goulet) öz Twitter dostlarını İlham Əliyevin İran səfəri ərəfəsində "yaxşı məqalənin dərc olunması” barədə məlumatlandırır.
Xanım blogger bu mesajı yazandan sonra üç alov işarəsi qoyub. Yəni ki, afərin, "aslanovçu” uşaqlar verilmiş sxem üzrə işləyir və aranı yaxşıca qızışdırırlar...

Bu da sizə Elnur Aslanov üçün nəzərdə tutulmuş "yaxşı məqalə”dəki əsas informasiya (aşağıdakı skrinşota bax).

Yazıda deyilir ki, iki ölkə (Azərbaycanla İsrail nəzərdə tutulur) arasındakı strateji münasibətlər nisbətən ehtiyatlı xarakter daşıyırdı. WikiLeaks saytında dərc edilən və 2009-cu ilə aid olan diplomatik depeşedə yazılanlara görə, "Əliyev Azərbaycan-İsrail münasibətlərini bir dəfə 9/10 hissəsi suyun altında olan aysberqlə müqayisə etmişdi”.
Sual olunur: prezident İlham Əliyevin İrana rəsmi səfəri ərəfəsində belə bir məqalənin dərc olunması hansı məqsədlərə xidmət edir? Cavab özlüyündə aydındır.
Bütün bu yazışmalar və reqlamentləşdirilməmiş təmaslar Elnur Aslanovun əsl simasını açıb göstərir. O, doğrudan da prezidentin siyasətinin tərəfdarı imiş. Amma ayrı, tamam başqa, özgə prezidentin. Azərbaycan prezidentinin yox!
2013-cü ilin oktyabrında Azərbaycanda keçirilmiş prezident seçkilərindən bir gün qabaq baş verən daha bir qalmaqalı yada salanda isə Aslanovun təxribatçı pozuculuq fəaliyyətinin miqyası adamı dəhşətə gətirər. Xatırladaq ki, "səsvermənin hazır nəticələri” o vaxt seçkiyə bir gün qalmış çox qəribə və müəmmalı şəkildə müxalifət mətbuatının əlinə düşmüşdü. Sonra buna belə izah verildi ki, nəsə uğursuz mobil yükləmə baş verib, informasiya siyasətində yanlışlıq olub deyə kənara belə məlumatlar sızıb.
Prezident seçkiləri kampaniyası çərçivəsində Prezident Administrasiyasında informasiya texnologiyalarına görə kim cavabdeh idi? Bəli, PA-nın siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri. Həmin bu Elnur Aslanov. Və bu qurama xəbər (onu istəyirsiniz texniki uğursuzluq adlandırın, istəyirsiniz saxtakarlıq) nəyə görəsə gedib Qərb xüsusi xidmət orqanlarının bilavasitə nəzarəti altındakı Azərbaycan mühacir mətbuatının redaksiyasına, efirinə düşdü.
Böyük ehtimalla Milli Təhlükəsizlik Nazirliyinin əməliyyatçılarında və müstəntiqlərində Elnur Aslanova veriləsi xeyli sual var. Üzərində düşünüləsi məsələdir.
Bunlar hələ "İmam Aslanovun işi” adlı dosyeyə toplanan informasiyaların cüzi hissəsidir. Siz kimsiniz, cənab Aslanov? Bəlkə həqiqətin üstünə hər halda azacıq işıq salasınız?!
virtualaz.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi