Keçmiş deputat AMEA-da direktor oldu - ÖZƏL

img

07-04-2014 [18:34]


Sabiq deputat Azərbaycan Milli Elmlər Akademiyasında direktor oldu Mia.az-a daxil olan məlumata görə, vaxtı ilə Azərbaycan siyasətinin «qaymaqları»ndan sayılan iqtisadçı alim Nazim İmanov AMEA-nın İqtisadiyyat İnstitutunun yeni direktoru olub. Keçirilən seçkidə Nazim İmanov daha çox səs toplayaraq, direktor kürsüsünə layiq görülüb.

Qeyd edək ki, Nazim İmanov bu vəzifədə İsa Alıyevi əvəzləyib.

 Məsələ ilə bağlı AMEA sözügedən institutdan münasibət öyrənə bilmədik. İnstitutun aparıcı şəxslərindən olan sabiq direktor Şahbaz Muradov isə mia.az-a deyib ki, Nazim İmanovun yeni direktor təyinatından tam məlumatlı deyil: «Lakin mən eşitmişəm ki, o, yeni direktorumuz olacaq. Nazim müəllim.də bu posta layiqli bir alimdir».

   

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA