Ombudsman Nizami rayon polis idarəsindən şikayətləndi

img

07-04-2014 [18:12]



Nizami rayon polis idarəsindən daxili işlər nazirliyinə şikayət edilib. 

Ombudsman Aparatının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Nizami Rayon Polis İdarəsinin (RPİ) müvəqqəti saxlanma yerinə (MSY), həmin idarənin 23, 24 və 25-ci polis bölmələrinə, Xətai RPİ-nin MSY-nə, həmin idarənin 37-ci polis bölməsinə başçəkmələr həyata keçirilən zaman MSY-lərdə saxlanılan bəzi şəxslərin istintaq təcridxanalarına vaxtında köçürülməməsi, eləcə də sənədləşmədə bir sıra nöqsanlar aşkar edilib və bunlarla bağlı DİN-ə müraciət olunub.

Başçəkmələrin məqsədi isə saxlanılma şəraitinin, saxlanılan şəxslərlə rəftarın, müvafiq sənədləşmənin, əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyyələrin icrası vəziyyətinin araşdırılması olub.

Qrupun üzvləri başçəkmələr zamanı adıçəkilən müəssisələrdə saxlanılma şəraitini öyrənib, saxlanılan şəxslərin şəxsi işlərinə və saxlanılanların qeydiyyatı kitablarına baxış keçiriblər.

Qəbul olunmuş şəxslər saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA