Ərdoğandan ABŞ Senatında Türkiyəni hədələyən yunan baş nazirə sərt cavab gəldi: "Mənim üçün Mitsotakis adlı şəxs yoxdur"

img

23-05-2022 [22:41]


"Mənim üçün artıq Mitsotakis adlı şəxs yoxdur. Sözünün üstündə duracaq hörmətli siyasətçilərdən başlayırıq”.

Mia.az xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiryakos Miçotakisin ABŞ Senatında çıxışında münasibətdə deyib.

O bildirib ki, ABŞ-ın yunan baş nazirinin sözüylə hərəkətə edərək, F-16-larla bağlı qərarını dəyişməyəcək: "Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə o vaxt görüşəndəı ölkələrimiz arasında münasibətlərə üçüncü tərəfləri müdaxilə etməyə icazə verməyək deyə razılığa gəldik. Buna baxmayaraq keçən həftə o, ABŞ senatında Türkiyəyə qarşı danışaraq, “F-16”-ları Türkiyəyə satmamağa çağırış etdi.

Biz bu il yunanıstanla strateji şuranın iclasını həyata keçirməliydik. Amma mənim üçün artıq Mitsotakis deyə kimsə yoxdur. Özü ilə də belə bir görüşün keçirilməsini əsla qəbul etmirəm. Biz sözünün arxasında dura bilən, qürurlu və şəxsiyyətli siyasətçilər ilə yola çıxarıq. Qoy Mitsotakis özü haqqında düşünsün. Bizə yetər. Mən də hesab edirəm ki, ABŞ F-16-larla bağlı Mitsotakisin ağzına baxıb qərar verməyəcək”.

Xatırladaq ki, Yunanıstanın Baş naziri Senatda çıxışında Türkiyəyə bir sıra ittihamlar irəli sürüb və ABŞ-dan Türkiyəyə silah və F-16 qırıcılarının verməməyi istəyib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR