Paşinyan Azərbaycanla sərhədlə bağlı yeni komissiya yaradıb, onlara vəzifə verib - SİYAHI

img

23-05-2022 [19:29]


Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın yaradılması haqqında fərman imzalayıb.

Mia.az "Ria-Novosti"yə istinadla xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaya Baş nazirin müavini Mqer Qriqoryan rəhbərlik edəcək. Eyni zamanda komissiyanın tərkibinə nazirliklərin və digər strukturların nümayəndələri də daxil olacaq.

Komissiyada xüsusilə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan, müdafiə nazirinin müavini Arman Sarkisyan, ədliyyə nazirinin müavini Qriqor Minasyan və ərazi idarəetmə və infrastruktur nazirinin müavini Ovannes Arutyunyan da yer alacaqlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR