Spikerlər görüşdü: "Estoniya və Azərbaycan arasında dost münasibətləri var" - FOTO
23-05-2022 [16:44]
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda rəsmi səfərdə olan Estoniya parlamentinin (Riigikoq) sədri Yüri Ratasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Milli Məclisin sədri Estoniya parlamentinin spikerini və nümayəndə heyətini salamlayaraq, onların ölkəmizə səfərlərindən məmnun olduğunu bildirib.
Azərbaycan və Estoniyanın dost və tərəfdaş ölkələr olduqlarını deyən Milli Məclisin sədri bildirib ki, bu il Azərbaycan və Estoniya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd etdik. Bu illər ərzində münasibətlərimiz tərəfdaşlıq səviyyəsinədək inkişaf edib.
Spiker Sahibə Qafarova yüksək səviyyəli qarşılıqlı səfərlərin Azərbaycanla Estoniya arasında ikitərəfli və çoxtərəfli münasibətlərə müsbət təsir göstərən amil olduğunu deyib. Bildirib ki, ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, humanitar və digər əməkdaşlıq sahələrini əhatə edən bir sıra sənədlər imzalanıb və onların sayının artırılması üçün geniş imkanlar var.
Bu ilin fevral ayında Estoniyaya rəsmi səfərini xatırlayan Milli Məclisin sədri həmin səfərin nəticələrindən məmnunluğunu ifadə edib. Söhbət zamanı Sahibə Qafarova Azərbaycanın Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi imzalamaq ərəfəsində olmasından, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolundan, Estoniyanın Avropa İttifaqının üzvü kimi təqdirəlayiq fəaliyyətindən danışıb. O, qeyd edib ki, hazırda Azərbaycan neftlə yanaşı, Avropaya etibarlı qaz tədarükçüsünə çevrilib və bu, Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfədir.
Milli Məclisin spikeri diqqətə çatdırıb ki, iki ölkə arasındakı münasibətlərin inkişafında parlamentlərimizin qarşılıqlı fəaliyyətinin də özünəməxsus rolu var. Bu gün qanunvericilik orqanlarımız arasında əməkdaşlığı daha da dərinləşdirmək üçün yaxşı imkanlar mövcuddur. Parlament sədrlərinin və deputatların qarşılıqlı səfərləri, parlament dostluq qruplarının fəaliyyəti bu əməkdaşlığın inkişafına mühüm təkan verir.
Sahibə Qafarova bildirib ki, parlamentlərimizin beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlığının daha da gücləndirilməsi üçün yaxşı imkanlar mövcuddur.
Görüşdə Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində qazandığı Qələbədən danışaraq diqqətə çatdırıb ki, bu qələbə ilə Azərbaycan beynəlxalq təşkilatların, xüsusilə də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasını təmin edib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın sonuncu Brüssel görüşündən danışan spiker Sahibə Qafarova tezliklə iki ölkə arasında sülh müqaviləsinin imzalanacağına inamını bildirib.
Estoniya Parlamentinin sədri Yüri Ratas Estoniya nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. Qonaq Estoniya və Azərbaycan münasibətlərinin dostluq məcrasında inkişaf etdiyini və yaxşı səviyyədə olduğunu bildirib. O, Estoniyanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını və dəstəklədiyini qeyd edib. Qonaq Şuşa şəhərinə səfər edəcəklərini, bundan da məmnunluq duyacaqlarını bildirib.
Estoniya parlamentinin spikeri nümayəndə heyətinə daxil olan biznesmenlərin də Azərbaycanda bir sıra görüşlər keçirəcəklərini və ikitərəfli əlaqələrin müxtəlif sahələrinin inkişafına çalışacaqlarını diqqətə çatdırıb.
Milli Məclisin sədrinin Estoniyaya səfərini xatırlayan qonaq ümidvar olduğunu bildirib ki, onun bu səfəri çərçivəsində keçiriləcək görüşlər və aparılacaq müzakirələr də ikitərəfli əlaqələrin, həmçinin parlamentlərarası münasibətlərin inkişafına öz töhfəsini verəcək.
Yüri Ratas diqqətə çatdırıb ki, Estoniya Azərbaycanla təhsil, ekologiya, kənd təsərrüfatı və digər sahələrdə münasibətlərin inkişafında maraqlıdır. O, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafını yüksək qiymətləndirib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşdə Estoniya ilə parlamentlərarası işçi qrupunun rəhbəri Jalə Əhmədova, qrupun üzvləri Musa Qasımlı, Rəşad Mahmudov, Azər Kərimli, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, ölkəmizin Estoniyadakı səfiri Anar Məhərrəmov və digər rəsmi şəxslər iştirak ediblər.
****
"Estoniya və Azərbaycan arasında yaxşı dost münasibətləri var".
Mia.az xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan Estoniya Parlamentinin sədri Yuri Ratas Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşünə dair "Facebook"da paylaşımında bildirib: "Bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur və mən çox şadam ki, bizim yaxşı əməkdaşlığımız davam edəcək. Bu gün mən Azərbaycan Milli Məclisində oldum və spiker Sahibə Qafarova ilə görüşdüm, onunla ikitərəfli münasibətlərin möhkəmləndirilməsi barədə danışdıq. İki ölkə arasında təhsil və İKT sahəsində uzunmüddətli əməkdaşlıq ənənəsi var, lakin biz bir daha razılaşdıq ki, iki ölkə arasında əlaqələr təhsil və ali təhsil arasında əməkdaşlıqdan iqtisadi, ekoloji və rəqəmsal əlaqələrə qədər daha da güclənməlidir. Azərbaycan elektron hökumət və identifikasiya sistemlərində Estoniyanın təcrübəsindən nümunə götürüb, lakin məsələn, sosial sahədə Estoniyanın elektron hökumətinin nümunəsindən istifadə etmək potensialı ola bilər. Estoniya, şübhəsiz ki, kənd təsərrüfatı və ətraf mühit sahəsində də əməkdaşlıqda maraqlıdır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi