Ukraynadakı Polşa vətəndaşlarına xüsusi status veriləcək

img

22-05-2022 [16:16]


Prezident Volodimir Zelenski Ukraynadakı Polşa vətəndaşları üçün xüsusi statusun tətbiq olunduğunu açıqlayıb.

Mia.az xəbər verir ki, bu barədə Report-a Ali Radanın Konstitusiya Məhkəməsindəki nümayəndəsi Olqa Sovqirinin teleqram kanalına istinadən xəbər verir.

Qeyd edilir ki, dövlət başçısı müvafiq qanun layihəsini Ali Radaya təqdim edəcək.

Prezident yaxın vaxtlarda Ukraynada Polşa vətəndaşlarının xüsusi hüquqi statusu ilə bağlı qanun layihəsinin parlamentə təqdim ediləcəyini açıqlayıb.

Qanun layihəsinin təfərrüatları hələ açıqlanmır.

Xatırladaq ki, bu gün Polşa Prezidenti Anjey Duda Kiyevdə səfərdədir. O, ötən gün bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi bütün işğal olunmuş ərazilərin Kiyevə qaytarılması ilə başa çatmalıdır.

Bundan əlavə, Duda bu gün parlamentdə çıxış edib və Ukrayna xalq deputatlarına müraciət edən ilk xarici lider olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR