Əli Hüseynli komitə üzvlərini topladı, daha 13 məsələ müzakirə olundu
19-05-2022 [17:29]
Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin video-konfrans formatında növbəti iclası keçirilib.
Mia.az xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynlinin sədrliyi ilə keçirilən toplantının gündəliyinə 13 məsələ daxil edilib.
Sonra o, birinci məsələni - Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, Cinayət Məcəlləsində və “Vətəndaşların müraciətləri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib.
Bildirib ki, təklif olunan dəyişikliklər “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq mövcud qanunvericilik aktlarının bu qanuna uyğunlaşdırılması məqsədilə hazırlanıb. Qeyd olunub ki, qanunun 10-cu maddəsinə əsasən həmin qanunun tələblərinin pozulmasına görə şəxslər İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər bu məsuliyyətin qanunvericilik əsaslarının və növlərinin müəyyən edilməsi məqsədilə hazırlanıb. İnzibati Prosessual Məcəlləsinə təklif olunan dəyişikliklər isə Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi zamanı yaranan prosessual münasibətlərin tənzimlənməsi ilə əlaqədardır. Dəyişikliklər Mərkəzi Seçki Komissiyasının qərarlarının mübahisələndirilməsi zamanı iddia üzrə icraatın xüsusiyyətləri, bu kateqoriya inzibati mübahisələrə dair işlər üzrə icraat zamanı məhkəmə aidiyyatının müəyyən edilməsi, iddia ərizəsinə baxılması müddəti və digər məsələləri tənzimləyir. “Vətəndaşların müraciətləri haqqında” qanuna əlavə edilən yeni maddə də uyğunlaşdırma xarakteri daşıyır.
Sonra iclasda Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), habelə “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri müzakirə olunub.
Qanun layihələri barədə komitə üzvü Kamal Cəfərov məlumat verib. Qeyd olunub ki, 20 oktyabr 2020-ci il tarixdə Milli Məclis tərəfindən “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun qəbul edilib. Həmin qanunla müəyyən edilmiş münasibətlərin pozulmasına görə İnzibati Xətalar və Cinayət məcəllələrinə müəyyən dəyişikliklər təklif edilib. Belə ki, İnzibati Xətalar Məcəlləsinə insan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında qanunvericiliyin pozulması ilə bağlı yeni maddə əlavə edilir. Həmin maddədə qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin orqanın təsdiq etdiyi siyahıda olmayan tibb müəssisələri və digər şəxslər donor orqanların hazırlanması, saxlanması, daşınması, idxalı və ixracına görə həm vəzifəli şəxslər, həm də hüquqi şəxslər üçün cərimələr müəyyən edilir. Əlavədə, həmçinin orqan donorluğu və transplantasiya zamanı anonimliyin qorunmamasına görə, canlı donor tərəfindən özünün zərərli vərdişləri və ona məlum olan xəstəliklər barədə məlumatın verilməməsinə görə də müvafiq cərimələr təsbit olunur.
Diqqətə çatdırılıb ki, Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərdə isə insan orqanlarının və toxumalarının, həmçinin donor orqanlarının alqı-satqısına dair, habelə şəxsin razılığı olmadan transplantasiya məqsədilə donor orqanının götürülməsi və ya eyni məqsədlə şəxsi donor orqanının götürülməsinə məcburetməyə görə nəzərdə tutulan cəza növləri öz əksini tapıb.
Bildirilib ki, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Reklam haqqında” qanunlara da uyğunlaşdırma xarakterli bəzi düzəlişlər nəzərdə tutulub.
Sonra komitə sədri Əli Hüseynli Mülki Məcəllədə, Miqrasiya Məcəlləsində, “Yanğın təhlükəsizliyi haqqında”, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Telekommunikasiya haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Pambıqçılıq haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. Bildirib ki, adı çəkilən qanunlara təklif olunan dəyişikliklər də uyğunlaşdırma xarakteri daşıyır. Bu qanunların müvafiq maddələrində “sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” ifadə öz əksini tapır.
Daha sonra iclasda Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında (birinci oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri müzakirəyə çıxarılıb.
Əli Hüseynli bildirib ki, qeyd olunan qanunlara uyğunlaşdırma məqsədilə bir sıra dəyişikliklər təklif olunur. Belə ki, “Milli arxiv fondu haqqında” qanuna ediləcək dəyişikliklər adı çəkilən qanunvericilik aktlarında da öz əksini tapacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi