ƏRDOĞAN NATO ÜZVÜ OLMAQ İSTƏYƏN İKİ ÖLKƏYƏ "TERROR YUVASI" DEDİ: "Biz Alyansın daxilində terror təşkilatlarının olmasını qəbul edə bilmirik"
19-05-2022 [13:38]
“NATO təhlükəsizlik təşkilatıdır. Alyansın daxilində terror təşkilatlarının olmasını qəbul edə bilmirik. Finlandiya və İsveç PKK/YPG-yə ev sahibliyi edir. Biz bir daha dalana dirənməyi düşünmürük”.
Mia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bugünkü çıxışmda deyib.
O bildirib ki, NATO-ya üzv olmağa can atan İsveç tamamilə terror yuvasıdır: "Bir ölkə “yox” deyərsə, hər hansı namizəd ölkəni NATO-ya qəbul edə bilməzlər. Keçmişdə təşkilata daxil olanlar olub. Bunun içində Almaniya, Fransa da var. Yunanıstan və Fransa onsuz da təşkilata qoşulub sonra çıxmışdılar. Sonra qayıdıb nə etdilər? Misal üçün, hazırda Yunanıstandakı Dədəağacda ABŞ baza qurub və FETÖ Yunanıstan üzərindən Avropaya səfər edir. Özlərinə verdiyimiz terrorçu siyahısını da görməzdən gəlirlər. Onları hələ də qorumağa davam edirlər. İndi də deyirlər ki, tələbləriniz nədir bilək, ona uyğun olaraq İsveçdən, Finlandiyadan onu istəyək”.
Ərdoğan daha sonra Ukraynadakı savaşa toxunaraq deyib ki, hər iki ölkə ilə balanslı davranırlar: "Həm Rusiya, həm də Ukrayna ilə balanslaşdırılmış siyasət aparırıq. Bu siyasətdə nə Rusiya Prezidenti Vladimir Putinlə, nə də Ukrayna Prezidenti Volodimir Zelenski ilə əlaqələri kəsmək niyyəti var. Hazırda istifadə etdiyimiz təbii qazın 50 %-ni Rusiyadan alırıq. Bu bizim üçün strateji əhəmiyyətə malik münasibətlərdir. Bu münasibətləri kəsib ata bilmərik. Digər tərəfdən Ukrayna ilə qida sahəsində əməkdaşlığımız var. Bunları da eyni şəkildə davam edirik. Bölgədə sabitliyin təminatçısı varsa, o da Türkiyədir. Bunu qorumalıyıq”.
Xatırladaq ki, Türkiyə Finlandiya və İsveçə sığınan FETÖ və PKK terrorçularını tələb edir. Lakin hər iki ölkə tələbə "yox" deyib.
Bu səbəbdən də Türkiyə iki ölkənin NATO-ya daxil olmasına veto qoyacağını elan edib.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi