07-04-2014 [12:37]
Nazirə raport yazaraq səhhəti ilə əlaqədar işdən azad olunmasını xahiş edən Şamaxı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polkovnik Şahmar Paşayevin oğlu, polis mayoru Turabi Paşayev Nərimanov rayon 18-ci polis bölməsinə rəis təyin ediləcək.
Daxili İşlər orqanlarından "Axar.az”a daxil olan məlumata görə, T.Paşayevin yeni vəzifəyə təyinatı ilə bağlı artıq nazir Ramil Usubova təqdimat da verilib.
Məlumata görə, polkovnik Ş.Paşayevin vəzifədən getməklə bağlı nazirə raport yazması gözlənilməz xəbər olub. Çünki Ş.Paşayev hüquq-mühafizə orqanları sistemində nüfuzlu və peşəkar kadr kimi tanınıb. Ona görə də Ş.Paşayevin işdən getmək xahişindən sonra nazir onu qəbul edib. Polkovnik yaşlandığını və yerini gənclərə vermək istədiyini deyib. General Usubov isə "yerini gənclərə vermək istəyən” Ş.Paşayevin hüquq-mühafizə orqanlarındakı nüfuzunu nəzərə alaraq, onun oğluna vəzifə vermək qərarına gəlib.
Məlumatda həmçinin bildirilir ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisi vəzifəsi boşdur: "T.Paşayevin 18-ci bölməyə və yaxud Qaradağ Rayon Polis Şöbəsinin 38-ci bölməsinə göndərilməsi nəzərdə tutulur”.
Qaradağ Rayon 38-ci polis bölməsinin polis sahə rəisi, polis mayoru Mərdi Hüseynov "Axar.az”a açıqlama verərkən, bölmədə hər hansı dəyişiklik olmadığını dedi: "38-ci polis bölməsinin rəisi Rafiq Şərifovdur. Onun vəzifəsinin dəyişdiriləcəyi ilə bağlı heç bir məlumatımız yoxdur”.
Nərimanov Rayon 18-ci polis bölməsinin polis sahə inspektoru, polis leytenantı Sarvan Osmanov bildirdi ki, bölmənin rəisi təzəlikcə polis rəisi vəzifəsinə təyin olunub və hazırda bölmə rəissiz fəaliyyət göstərir: "Bizə kimin rəis göndəriləcəyini bilmirik, bu, cənab nazirin səlahiyyətindədir”.
DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov yeni təyinatla bağlı hər hansı söz deməyin mümkün olmadığını söylədi: "Polkovnik Şahmar Paşayev doğrudan da hörmətli polis rəislərindən biridir və təəssüf ki, səhhəti ilə bağlı istefaya getməyə məcbur oldu. O ki qaldı onun oğlunun vəzifəyə gətirilməsinə, nazirin səlahiyyətində olan gələcək təyinatlarla bağlı proqnoz verə bilmərik”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi