Cəlilabad və Yardımlıdakı köhnə qəbiristanlıqlarda tarixi fiqurlar tapılıb - FOTO

img

18-05-2022 [17:44]


Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin mütəxəssisləri tərəfindən Cəlilabad və Yardımlı rayonlarında yerləşən köhnə qəbiristanlıqlara baxış keçirilib.

Dövlət Xidmətindən Mia.az-a verilən məlumata görə, monitorinq zamanı daş qoç və daş buğa (camış) fiqurları aşkar edilib: "Qeyd etmək istərdik ki, Azərbaycan ərazisində ilk dəfədir ki, daş buğa (camış) fiquru aşkar olunur".

img

Digər xəbərlər
SON XƏBƏRLƏR