Bakıda İƏT PA-nın komitələrinin iclasları keçirilib - Nələr müzakirə edilib?
17-05-2022 [17:30]
Bu gün Azərbaycanın ev sahibliyi ilə Milli Məclisdə İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA-nın) komitə iclasları keçirilib.
Mia.az Milli Məclisə istinadla xəbər verir ki, quruma üzv ölkələrin parlamentarilərinin iştirakı ilə komitə iclaslarında təşkilati məsələlərə baxılıb, komitələrin sədrləri, müavinləri və məruzəçiləri müəyyən edilib.
İclaslarda “Post-pandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusunda çıxışlar edilib, müzakirələr keçirilib. İƏT PA-nın Ticarət və İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət Sazişi üzrə Komitəsinin iclası Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin sədrliyi ilə keçib. Tahir Mirkişili bildirib ki, bu il Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olmasının 30 ili tamam olur. İƏT-ə üzv olduqdan sonra ölkəmiz regionda iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinə yönəlmiş müxtəlif təşəbbüslərdə konstruktiv şəkildə iştirak edib.
Gündəliyin “Postpandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusu ilə bağlı Milli Məclisin deputatı Elnur Allahverdiyev çıxış edib. O, pandemiya dövründə ölkəmizdə görülən işlərdən danışıb, qeyd edib ki, Azərbaycan dünyada vaksini qəbul edən ilk ölkələrdən olub. Milli Məclisin deputatı dünyanın bir daha belə bir bəla ilə üzləşməyəcəyinə ümidvar olduğunu söyləyib.
İclasda mövzu ətrafında fikir mübadiləsi aparılıb, parlamentarilər postpandemiya dövründə görüləcək işlər barədə düşüncələrini səsləndiriblər.
İƏT PA-nın Kommunikasiya və əlaqələndirmə üzrə komitəsinin iclasına isə Milli Məclisin deputatı İltizam Yusifov sədrlik edib. İltizam Yusifov gündəliyin “Post-pandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusu ilə bağlı çıxışında Azərbaycanın İƏT çərçivəsində əməkdaşlığın gücləndirilməsində maraqlı olmasından danışıb. O, Azərbaycanın nəqliyyat-tranzit əlaqələrinin genişləndirilməsinə böyük önəm verdiyini vurğulayıb və bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verib. İltizam Yusifov iclas iştirakçılarına 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərin regionda, xüsusən də nəqliyyat-kommunikasiya əlaqələrinin inkişaf etdirilməsində yaratdığı yeni reallıqlardan bəhs edib.
İclasda mövzu ilə bağlı müzakirələr aparılıb, parlamentarilərin fikirləri dinlənilib.
İƏT PA-nın Qadın, gənclər və mədəni məsələlər üzrə komitəsinin iclasına Milli Məclisin deputatı Könül Nurullayeva sədrlik edib. Gündəliyin “Post-pandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusu ilə bağlı çıxışında Könül Nurullayeva koronavirusla mübarizədə Azərbaycan təcrübəsindən danışıb, görülən qabaqlayıcı tədbirlər sayəsində insanlar arasında itkilərin az olduğunu diqqətə çatdırıb, pandemiya dövründə gənclər və qadın problemləri ilə yanaşı, mədəniyyət sahəsinin çox zərər çəkdiyini qeyd edib.
İclasda parlamentarilərin mövzu ilə bağlı məruzələri dinlənilib, fikir mübadiləsi aparılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi