İmişlidə qalmaqal: Müdir şikayətləndi, şöbə rəhbəri nazirliyə sitəm etdi

img

07-04-2014 [11:34]



İmişli rayon Xoşçobanlı kənd sakini həmin kənddə yerləşən məktəbin təsərrüfat şöbəsinin müdiri Vüqar Əmralı oğlu Bağırov tərəfindən Prezident İlham Əliyevə, Təhsil naziri Mikayıl Cabbarov şikayət məktubu ünvanlanıb.

Mia.az "Reytinq" qəzetinə istinadən xəbər verir ki, şikayətçi yaşadığı kəndin məktəb direktorundan narazılıq edib: «Möhtərəm prezident, Xoşçobanlı kənd orta məktəbin direktoru Seyfəlməlik Talıbovun məktəbdə etdiyi qanunsuzluqlar barədə Sizə və Mikayıl Cabbarova dəfələrlə ərizə yazsam da İmişli rayon təhsil şöbəsinin müdiri Ramiz Əmirov tərəfindən məktəbimizə yoxlama göndərilib, dediyim faktlar tam təsdiqini tapsa da, faktların çoxu gizlədildi. Faktlar bunlardan ibarət idi. Direktor iş vaxtı icazəsiz olaraq dəfələrlə müəllim işləyən oğlu Asim Talıbov, müəllimə işləyən həyat yoldaşı Rahilə Talıbova ilə birlikdə xarici ölkələrdə olsa da, öz əmək haqlarını əvvəlki şəkildə tam alıblar. Digər fakt ondan ibarətdir ki, dövlət tərəfindən ayrılmış təsərrüfat üçün pullar direktor tərəfindən mənimsənilmiş, oğlu Asim Talıbova tədris etmədiyi 10 saat dərsə görə sentyabrdan indiki günə qədər əmək haqqı buraxılmışdı. Bu qədər saxtakarlıq edən direktoru təəssüf ki, təhsil şöbəsini müdiri Ramiz Əmirov həmişə müdafiə edir. O qeyd edir ki, direktor Seyəlмəlik Talıbovu Təhsil Nazirliyində yüksək vəzifəli şəxslər müdafiə edir. Ona görə də, guya onun haqqında yuxarı orqanlara ciddi şəkildə təqdimat göndərə bilmir».

 Şikayətçi yazır ki, təhsil şöbəsinin müdiri Ramiz Əmirov təhsili bazara çevirib. Bunun nəticəsidir ki, artıq nüfuzlu müəllimlər təhsilə «əlvida» deyib: «Буна görə, аrtıq şagirdlər məktəblərə yox, repetitorlar yanına gedirlər.  Бяли, аli məktəblərə qəbul olunan şagirdlər repetitorların dərs dedikləri şagirdlərdir. Məktəbdə adı getmək isə attestat naminədir. O zaman sual yaranır: dövlət təhsilə niyə бу гядяр vəsait ayыrır? Niyə dövlətin ayırdığı vəsaitləri direktor səmərəli istifadə etmir? Niyə Ramiz Əmirov bu qanunsuzluqlara göz yumur? Nə səbəbə?».

 Gənc nəslin məhv olmaması naminə İmişli təhsilində yaşananlara müdaxilə edilməsinə ciddi ehtiyac olduğunu deyən Vüqar Bağırovun sözlərinə görə, yaşlı müəllimlər də kənd məktəbində yaranmış bu vəziyyətdən çox narahatdırlar: «Cənab Prezident, xahiş edirəm Ramiz Əmirovun nə qədər düz, nə qədər isə yalan dediyinə aydınlıq gətirməkdən ötəri bir daha qaldırdığım faktların araşdırılmasına göstəriş verəsiniz. O zaman əminəm ki, direktorun qanunsuzluqlarına təhsil şöbəsi müdiri, yoxsa Təhsil Nazirliyi göz yumduğu da bilinəcək».

 Qeyd edək ki, şikayət məktubu ilə bağlı şikayətçi ilə əlaqə saxladıq. V.Bağırov şikayətini təsdiq edərək, ölkə rəhbərliyindən və nazir Mikayıl Cabbarovdan kömək gözlədiyini təkrar edib: «Əminəm ki, müraciətimə operativ reaksiya verilərək, yoxlama göndəriləcək».

/span

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA