Bakıda yaşayan erməni Azərbaycan pasportu istəyir - ÖZƏL

img

07-04-2014 [11:04]



Bakıda yaşayan erməni əsilli vətəndaş Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi istəyir. Lakin sənədlərində olan çatışmazlıqlara görə onun bu istəyi təmin edilməyib.

 Bu barədə Mia.az-a məhkəmədən sızan xəbərə görə, erməni əsilli Varaqyan İrana Telmanovna bu məqsədlə Nəsimi rayon Polis İdarəsinin müvafiq şöbəsinə müraciət etsə , ona rədd cavabı verilib: «İrina Varaqyan Ağayeva soyadı ilə şəxsiyyət vəsiqəsi almaq istəsə , təqdim etdiyi sənədlər qanunvericiliyə uyğun olaraq tam olmayıb. Bu səbəbdən Nəsimi rayon Polis İdarəsi tərəfindən onun müraciəti təmin olunmayıb. Erməni əsilli qadın polisin bu qərarından məhkəməyə üz tutub. Lakin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə onun iddiasını təmin etməyib».

 Mia.az-ın məlumatına görə, Varaqyan (Ağayeva) İrana Telmanovna birinci instansiya məhkəməsinin qərarından Bakı Apellyasiyia Məhkəməsinə şikayət edib: «Artıq onun «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi vəzifəsinin Nəsimi rayon Polis İdarəsinə həvalə edilməsi tələb»indən bəhs edən şikayəti həmin məhkəmədə icraata qəbul olunub. İşə hakim Kəmalə Abiyevanın sədrliyi ilə aprelin 8- baxılacaq».

span lang="EN-US" style="mso-ansi-language:EN-US"

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA