Mikayıl Cabbarovun rektorlara qarşı yeni həmləsi

img

07-04-2014 [11:03]



Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Dövlət İqtisad, Gəncə Sumqayıt dövlət universitetlərinin rektorları ilə bərabər, bir çox kollec direktorlarını özünə yaxın kadrlarla əvəzləsə , hələ ki bu istiqamətdə planlarını tam bitmiş saymır. 

Mia.az-a daxil olan məlumata görə, sözügedən hər üç universitetdə yeni rektorların təyinatları birbaşa Mikayıl Cabbarovun təqdimat istəyi üzrə həyata keçirilib: «Mikayıl Cabbarov «Narxoz»un rektoru, deputat Şəmsəddin Hacıyevlə Nadir Qəhrəmanovu kollec direktorlarını birbaşa «korrupsiya silahı» ilə zərərsizləşdirsə , Gəncə Dövlət Universitetində daha maraqlı prosesin yaşanmasına rəvac verdi. O, rüşvətin kökünü kəsəcəyini amaclayan Yadigar Əliyevi zərərsizləşdirmək müavini Ceyhun Bayramovun xahişini təmin etmək üçün Gəncə Dövlət Universitetinin hazırkı rektoru Yusif Yusifovun təşkil etdiyi çaxnaşmaya açıq şəkildə dəstək verdilər. Nəticə etibarı ilə Ceyhun Bayramovun maliyyə nazirinin 1-ci müavini işləyən qardaşı Azər Bayramovun xahişi üzrə Yusif Yusifovun təyinatı rəsmiləşdi. Bununla da yeni rektorun Maliyyə Nazirliyində Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi işləyən qardaşı Cavanşir Yusifovun qardaşı Yusif Yusifov da arzusuna qovuşdu. Amma bu o demək deyil ki, Mikayıl Cabbarov bununla illərdir rektor olan elm adamlarına qarşı «yürüş»ü dayandırdı. O, hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədovu, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun da dəyişdirilməsi üçün çox çalışır. Lakin ilk əvvəl Abel Məhərrəmova qarşı tətbiq etdiyi plan fiaskoya uğradığından nazir Mikayıl Cabbarovun məqsədini açıq şəkildə büruzə verməsinə mane oldu». 

Məlumatlı şəxs deyir ki, nazir Mikayıl Cabbarov deputat Şəmsəddin Hacıyevin rektor vəzifəsindən uzaqlaşdırılması zamanı Abel Məhərrəmovun da barəsində təqdimat verib: «Lakin Şəmsəddin Hacıyevdən fərqli olaraq, Abel Məhərrəmovun sərəncamı oxunmadı. Ona xəbərdarlıq edilməklə, işində dönüş yaradılması tapşırıldı.  Bu isə Mikayıl Cabbarov onun nazirlikdəki komandasında müəyyən xəyal qırıqlığı yaradıb. Lakin bu o demək deyil ki, nazir ətrafı bu planı təxirə salıblar». 

Müsahibimiz deyir ki, yaxınlarda Mikayıl Cabbarov Misir Mərdanovun dövründən rektor olanlara qaşı yeni həmləsini edəcək: «O zaman Abel Məhərrəmov, Gülçöhrə Məmmədova, Havar Məmmədovun necə duruş gətirəcəyi maraqlı olacaq».


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA