Aprelin 7-də 15 dərəcə isti olacaq - HAVA PROQNOZU

img

06-04-2014 [19:18]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, aprelin 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, axşam bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.
Temperatur gecə 2-4°, gündüz 10-15° isti, Bakıda gecə 2-4°, gündüz 12-14° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında -gündüz əsasən yağmursuz keçəcək, temperatur gecə 2-7°, gündüz 15-20°, bəzi yerlərdə 22° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında -əsasən yağmursuz, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13°, bəzi yerlərdə 15° isti olacaq.

Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında -hava əsasən yağmursuz keçəcək. Temperatur gecə 1-6°, gündüz 13-18° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında -əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin, axşama doğru isə yağış yağacağı gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 12-17° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 7-12° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,Hacıqabul, Salyan və Neftçala rayonlarında -əsasən yağmursuz, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperaturu gecə 3-8°, gündüz 15-20° isti olacaq.

Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında -gün ərzində havanın əsasən yağmursuz olacağı gözlənilir. Temperatur gecə 4-7°, gündüz 13-18° isti,
dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti olacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA