İMTAHAN SUALLARINI ƏVVƏLCƏDƏN SATAN ŞƏXSLƏR SAXLANILIB - Türkiyə və ABŞ-a qədər uzanan cinayətlə bağlı rəsmi məlumat yayıldı
19-05-2022 [16:07]
Xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olmağa hüquq verən beynəlxalq proqram üzrə imtahan suallarının qanunsuz satışını təşkil edən şəxslər həbs edilib.
Mia.az Baş Prokurorluğa istinadla bildirir ki, xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul üçün hüquq verən beynəlxalq səviyyəli imtahan proqramı suallarının qabaqcadan qanunazidd şəkildə ayrı-ayrı şəxslərə satışını təşkil edən şirkət rəhbəri barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin aidiyyəti strukturu ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq aparılır.
Əməliyyat tədbirləri ilə “Uğur İstanbul 2012” MMC-nin direktoru Məmmədov Cahid Sabit oğlunun fərdi qaydada vətəndaşların xaricdə təhsil almasında köməklik göstərilməsi ilə məşğul olan Əliyev Şahin Sevindik oğlu və digər şəxslərlə qabaqcadan əlbir olub beynəlxalq səviyyədə fəaliyyət göstərən “College Board” özəl təşkilatının Təhsil Test Xidməti (“Educational Testing Service”) üzrə imtahan növü olan “SAT” test-sxolastik qabiliyyət imtahanının (Scholastic Aptitude Test) kommersiya sirri təşkil edən sual-məlumat bazasını nüfuz alveri etməklə külli miqdarda pul vəsaiti müqabilində bu növ imtahanların keçirilməsinə lisenziyası olan Türkiyə Respublikasının İzmir və İstanbul şəhərlərində yerləşən təhsil mərkəzlərindən qanunsuz əldə etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Qeyd edilən qanunsuz hərəkətlərin davamı kimi, Cahid Məmmədovun qanunsuz əldə etdiyi həmin sualları direktoru olduğu MMC və Bakı şəhərində fəaliyyət göstərən “Uğur N” MMC adlı digər tədris müəssisəsi, habelə qabaqcadan əlbir olduğu Şahin Əliyev və başqalarının vasitəsi ilə külli miqdarda pul vəsaiti müqabilində Türkiyə və Azərbaycan respublikaları ərazisində ayrı-ayrı şəxslərə satıb yaymasına, bununla da “College Board” təşkilatının və cəmiyyətin təhsil müəssisələrinə qəbulun beynəlxalq səviyyədə müəyyən olunmuş standartlar üzrə şəffaf və obyektiv əsaslarla həyata keçirilməsinin, məxfiçiliyin, rəqabətliliyin və təhsilin effektivliyinin təmin edilməsi ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilmişdir.
İş üzrə toplanmış sübutlar əsasında Cahid Məmmədov və Şahin Əliyevin Cinayət Məcəlləsinin 202.1 (kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə etmə və ya yayma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 312-1.2-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli və obyektiv yoxlanılmaqla digər təqsirli şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlardan Baş Prokurorluğun “961” Çağrı mərkəzinə və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələri xahiş edilir".
Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyədə imtahan suallarını satan bir qrup azərbaycanlı saxlanılıb. Həmin hadisə ilə bağlı Mia.az 16.05.2022-ci il tarixində ilk xəbəri yayıb.
***
16.05.2022
Türtkiyədə bir qrup azərbaycanlı və iranlı həbs olunub.
Mia.az NTV-yə istinadla xəbər verir ki, adları açıqlanmayan həmin şəxslər İstanbulda ABŞ üniversitetlərinə qəbul üçün tətbiq olunan SAT imtahanlarının suallarını əvvəlcədən satmaqda ittiham olunurlar.
Məlumata görə, həmin paket sualları imtahandan əvvəl 2-3 min dollar arasısı satılırmış.
Onlara iki maddə ilə cinayət işi açılıb.
Qeyd edək ki, SAT imtahanları Türkiyədə ildə 6 dəfə keçirilir.
Həmin imtahanlar Azərbaycanda da keçirilir.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi