Taxta bazarında baş verən yanğın söndürüldü- 8 yaralı+Yenilənib

img

06-04-2014 [18:04]



Bakıda taxta satışı bazarında yanğın baş verib.

Mia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda taxta satışı bazarında yanğın hadisəsi baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri cəlb olunublar.

Yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

***

Səhiyyə Nazirliyi Bakının Binəqədi rayonundakı poladərtimə zavodunun arxasında yerləşən taxta bazasında baş verən yanğınla bağlı rəsmi məlumat yayıb. Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, səhər 8:30-da başlamış yanğına bağlı 103 xidmətinə hadisə şahidləri məlumat veriblər.

Təcili Tibbi Yardım briqadası hadisə yerində yanğından zərər çəkmiş 8 nəfərə yardım göstərib. Onların dördünə ambulator yardım göstərilib. Dörd nəfər isə Təcili Tibbi Yardım briqadası tərəfindən Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə aparılıb.

Yanğın hazırda davam edir və 103 xidmətinin iki briqadası hadisə yerindədir.

***

Bakıda taxta bazarında baş verən güclü yanğın söndürülüb.

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın nəticəsində bazarın taxta konsktruksiyalar olan ərazisində 1000 kv.m yanıb.

Yanğın saat 14.49-da yanğın söndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA