Sumqayıtda gənclərin sahibkarlıq bacarıqları inkişaf etdiriləcək

img

05-04-2014 [15:04]


Bu gün Sumqayıtda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Sumqayıt Gənclərinin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” layihəsinintəqdimatı keçirilib. Layihə rəhbəri Arzu Qafarovun "Xeberle.com”-a verdiyi məlumata görə, layihənin məqsədi Sumqayıt gənclərininsahibkarlıq fəaliyyətinini inkişafe etdirilməsi, biznes planın yazılması, rəqabətə davamlılıq, marketinq və menecment mövzularında onları maarifləndirməkdir.

Təqdimat mərasimindəSumqayıt şəhər Gənclər və İdman Baş idarəsinin əməkdaşı, KİV-lər,tanınmış ekspertlər və layihədə iştirak edəcək gənc sahibkarların bir qismi iştirak edib.

Tədbirdə əsasən, dəvət olunan qonaqlarıngənclərə öz fikirləri və məsləhətləri,layihənin məqsədi, təlimlərdə keçiriləcək mövzuların adları vəbu kimi mövzulara toxunulub.

Layihə çərçivəsindəgənclərə sahibkarlıq fəaliyyətinə, yeni texnologiyalar vasitəsilə maraq oyatmaq, öz işlərinisəmərəli istifadə etmək üçün məlumatlar vermək, və s. kimimövzularıəks etdirəntəqdimatlarhazırlanacaq və maarifləndirici bukletlər nəşr ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA