RƏSMİ MOSKVA DAHA BİR ÖLKƏNİ SAVAŞLA HƏDƏLƏDİ: "Rusiya hərbi və digər cavab addımları atmağa məcbur olacaq" - BƏYANAT
12-05-2022 [15:45]
Rusiya NATO-ya üzv olmağa can atan Finlandiyanı müharibə ilə hədələyib.
Mia.az Rusiya mətbuatına istnadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Finlandiyanın NATO-ya üzvlüyünə dair addınları barıdı bu gün yaydığı bəyanatda bildirilib.
Bəyanatda deyilir ki, Finlandiyanın NATO-ya daxil olmasının yolunu açan Prezident Sauli Niinistö və Baş nazir Sanan Marinin açıqlamaları adıçəkilən ölkənin xarici siyasətinə köklü dəyişiklik etməklə, Rusiyaya qarşı açıq təhdiddir: "Onilliklər ərzində hərbi bloklara qoşulmama siyasəti Şimali Avropa regionunda sabitliyin əsasını təşkil edib, Finlandiya dövləti üçün etibarlı təhlükəsizlik səviyyəsini təmin edib və ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin qurulması üçün möhkəm əsas olub. Nə Rusiyanın Finlandiyaya qarşı heç bir düşmənçilik niyyətinin olmadığına dair verdiyi zəmanətlər, nə də ölkələrimiz arasında mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlığın uzunmüddətli tarixi rəsmi Helsinkini hərbi bloklara qoşulmama siyasətini davam etdirməyin üstünlüklərinə inandırdı. Finlandiyanı NATO-ya üzvlükdən başqa alternativin olmadığına qəti şəkildə inandıran alyansın məqsədi bəllidir: Rusiya sərhədlərinə doğru genişlənməyə davam etmək, ölkəmizə hərbi təhlükə üçün daha bir cinah yaratmaq. Finlandiyanın müstəqil qərarvermə sərbəstliyindən məhrum olaraq öz ərazisini Rusiya Federasiyası ilə hərbi qarşıdurma sərhədinə niyə çevirməsini tarix mühakimə edəcək. Rusiya tərəfi dəfələrlə qeyd edib ki, öz milli təhlükəsizliyini təmin etmək yollarının seçimi Finlandiya hakimiyyətinin və xalqının ixtiyarındadır. Bununla belə, rəsmi Helsinki belə bir addımın məsuliyyətini və nəticələrini dərk etməlidir. Finlandiyanın NATO-ya daxil olması ikitərəfli Rusiya-Finlandiya münasibətlərinə, Şimali Avropa bölgəsində sabitliyin və təhlükəsizliyin qorunmasına ciddi ziyan vuracaq. Rusiya bununla bağlı milli təhlükəsizliyinə yaranan təhdidləri dayandırmaq üçün həm hərbi-texniki, həm də digər xarakterli cavab addımları atmağa məcbur olacaq. NATO-ya qoşulmaq həm də Finlandiyanın beynəlxalq hüquqi öhdəliklərinin, ilk növbədə, tərəflərin alyanslara girməmək və onlardan birinə qarşı yönəlmiş koalisiyalarda iştirak etməmək öhdəliyini nəzərdə tutan 1947-ci il Paris Sülh Müqaviləsinin birbaşa pozulması, həmçinin tərəflərin digər tərəfin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc təhdidindən və ya güc tətbiqindən çəkinəcəklərini, öz ərazilərindən qarşı tərəfə təcavüz üçün istifadə etməyəcəklərini və ya istifadəsinə icazə verməyəcəyini müəyyən edən 1992-ci il Rusiya və Finlandiya arasında münasibətlərin əsasları haqqında müqavilənin pozulması olacaq. Lakin hazırda kollektiv Qərbin beynəlxalq hüquqa biganə münasibətini nəzərə alaraq bu cür davranış normaya çevrilib. Bir daha bəyan ediirk ki, Rusiyanın vəziyyətə uyğun cavabları olacaq".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi