Spikerlə Baş prokuror görüşüb: "Səudiyyə Ərəbistanı və Azərbaycanın dostluğu sarsılmazdır" - FOTO
12-05-2022 [15:38]
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a verilən məlumata görə, Sahibə Qafarova bildirib ki, Azərbaycan dost və qardaş Səudiyyə Ərəbistanı Krallığı ilə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir.
İki ölkənin xalqları arasında tarixən mövcud olan oxşar dini və mədəni dəyərlər ölkələrimiz arasındakı münasibətlərin möhkəm təməlini təşkil edir. Sahibə Qafarova qonağın bu səfərinin yüksək səviyyəli münasibətlərin nümunəsi olmaqla yanaşı, Azərbaycanın və Səudiyyə Ərəbistanının prokurorluq orqanları arasındakı əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə inamını bildirib.
Milli Məclisin sədri iki ölkə arasında diplomatik münasibətlərin 1992-ci ildə qurulduğunu və bu ilin fevralında Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında bu münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini xatırladıb. Spiker qeyd edib ki, münasibətlərimiz bu illər ərzində dinamik inkişaf yolu keçib, əməkdaşlığımız daha da genişlənib.
Milli Məclisin sədri bildirib ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində çox səmərəli əməkdaşlıq edirlər. Səudiyyə Ərəbistanının, xüsusilə də BMT və İƏT çərçivəsində ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyi və ədalətli mövqeyini yüksək qiymətləndiririk.
Söhbət zamanı Milli Məclisin sədri Azərbaycanda Parlamentlə Baş Prokurorluq arasında qarşılıqlı faydalı əməkdaşlıq barədə də fikirlərini bölüşüb.
Parlamentlərarası münasibətlərimizin yüksək səviyyədə olmasını vurğulayan spiker qeyd edib ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ənənəvi dostluq əlaqələrinin genişləndirilməsində ölkələrin ali qanunverici orqanları müsbət rol oynamaqdadır. Bu baxımdan hər iki ölkə parlamentində fəaliyyət göstərən dostluq qruplarının işi təqdirəlayiqdir.
Görüşdə Sahibə Qafarova qonağa Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etməsindən sonra bölgədə yaranmış yeni reallıq barədə də məlumat verib. Bildirib ki, səfər çərçivəsində Səudiyyə Ərəbistanı nümayəndə heyətinin üzvləri işğaldan azad olunmuş ərazilərimizdə olub, hər şeyi öz gözləri ilə görüblər. İndi həmin ərazilərdə məscidlərimiz yenidən tikilir, sürətli bərpa və quruculuq işləri aparılır.
Görüşdə Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacib Prezident İlham Əliyevlə görüşü barədə təəssüratlarını bölüşüb. Bildirib ki, Səudiyyə Ərəbistanı və Azərbaycanın dostluğu sarsılmazdır.
İki ölkənin prokurorluq orqanları arasında əlaqələrin inkişafından danışan Şeyx Səud bin Abdullah Əl Müacib Azərbaycan Baş prokurorluğu ilə əməkdaşlığın perspektivlərindən danışıb.
Söhbət zamanı qonaq bildirib ki, Səudiyyə Ərəbistanının iqtisadi münasibətləri genişləndirmək istədiyi ölkələrdən biri də Azərbaycandır. O, Expo sərgisinin 2030-cu ildə Səudiyyə Ərəbistanında keçirilməsinə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.
Görüşdə ölkəsində qadınların Şura Məclisində, hökumət qurumlarında və prokurorluq orqanlarında təmsil olunduqlarını deyən Baş prokuror Səudiyyə Ərəbistanında qadınların ölkə həyatının bütün sahələrində iştirakına böyük önəm verildiyini diqqətə çatdırıb.
Qonaq Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər zamanı ölkə başçısının rəhbərliyi altında görülən işləri və qazanılan nailiyyətləri təqdir edib.
Görüşdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, komitə sədrləri Ziyafət Əsgərov, Zahid Oruc, Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fatma Yıldırım, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Respublika Baş Prokurorluğunun nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi