PA-nın şöbə müdiri daha bir partiya sədri ilə görüşüb - Nələr müzakirə edilib?
11-05-2022 [19:05]
Siyasi dialoq prosesləri çərçivəsində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya sədrləri ilə görüşləri artıq iki ildir davamlı şəkildə təşkil olunur. Növbəti görüş bu gün Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə ilə keçirilib.
Mia.az xəbər veirr ki, bu barədə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi məlumat yayıb.
Bldirilib ki, görüşdə şöbə müdiri Ədalət Vəliyev dünyada cərəyan edən geosiyasi proseslərin ölkədə siyasi həmrəylik mühitinin qorunmasını şərtləndirdiyini xüsusi vurğulayıb. “Bilavasitə milli maraqlara cavab verən məsələlərdə siyasi partiyalar ilə əməkdaşlıq ölkədə reallaşan siyasi dialoqun prioritet istiqamətlərindən biridir”, - deyən Ədalət Vəliyev qeyd edib ki, Azərbaycana qarşı aparılan informasiya təxribatları ilə mübarizədə siyasi partiyaların bütün potensialları səfərbər olunmalıdır. 1992-ci ildə yaradılmış Azərbaycan Milli İstiqlal Partiyasının Avropa Xalq Partiyası da daxil olmaqla geniş beynəlxalq əməkdaşlıq əlaqələrinə malik olduğunu qeyd edən şöbə müdiri bildirib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mövcud əlaqələrdən səmərəli şəkildə istifadə olunmalıdır.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşmasını yüksək qiymətləndirib, bu prosesin demokratik dəyərlərin möhkəmləndirilməsi, siyasi mədəniyyətin yüksəlməsinə xüsusi dəstək olduğunu bildirib. O, ölkədə bütün siyasi qüvvələrin ümummilli məsələlərdə, dövlətçiliyin möhkəmlənməsində bir güc kimi olmasının vacibliyini qeyd edib.
Görüşdə digər məsələlərlə yanaşı, İkinci Qarabağ müharibəsində qazanılmış Qələbədən sonra regionda yaradılmış yeni reallıq mövzusu da geniş müzakirə olunub. Bildirilib ki, qazanılmış Qələbə və ölkənin müxtəlif iqtisadi təşəbbüsləri sayəsində Azərbaycanın dünya siyasi xəritəsində çəkisi əsaslı şəkildə artıb. Dayanıqlı inkişaf naminə iqtidar-müxalifət münasibətlərinin məhz konstruktiv əməkdaşlıq formatında inkişaf olunması üçün qarşılıqlı səylər artırılmalıdır. Bu cür əməkdaşlıq formatı əldə olunmuş uğurların qorunmasına xidmət edəcək və təhdid xarakterli müxtəlif təxribatların qarşısının alınmasına da töhfə verəcək.
Administrasiya rəsmisi Azərbaycan Milli İstiqlal Partiyasının ölkəmizdə həyata keçirilən iqtidar-müxalifət dialoqunda fəal iştirak etməsini, o cümlədən ümummilli məsələlərlə bağlı birgə bəyanatlara və müraciətlərə qoşulmasını, siyasi partiyaların birgə iclaslarında və azad olunmuş ərazilərə birgə səfərlərdə iştirakını, siyasi partiyalar haqqında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verməsini, həmçinin Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatlarının vaxtında və tələb olunan qaydada təqdim etməsini yüksək qiymətləndirib və bu halların partiyanın imicinə müsbət təsir edən önəmli amillər olduğunu bildirib.
Söhbət zamanı Arzuxan Əlizadə rəhbərlik etdiyi partiyanın 30 illik yubileyi ilə əlaqədar müvafiq tədbirlərin keçirilməsinə hazırlaşdıqlarını qeyd edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi