Müdafiə Nazirliyində yeni həbs dalğası gözlənilir

img

04-04-2014 [17:40]


"Bəzi şəxslər İsrail istehsalı olan boyaların yerinə gəmilərə FAB boyalarından çəkmişdilər”. Bu sözləri "Axar.az”a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.


O, hələ ki, mətbuata demədiyi ciddi faktların olduğunu bildirib:

"Bizim mətbuata demədiyimiz son dərəcə ciddi faktlar var. Təsəvvür edin ki, Hərbi Dəniz Qüvvələri üçün İsraildən son dərəcə bahalı gəmi boyaları alınmışdı. O boyalar gəmilərə həm onları korroziya, dağılma, həm də möhkəmliyi nöqteyi-nəzərindən çəkilirdi. Amma bizim çiynində yekə ulduz gəzdirən bəzi şəxslər İsrail istehsalı olan boyaların yerinə gəmilərə FAB boyalarından çəkmişdilər. Bu, bəzi mütəxəssisləri dəhşətə gətirmişdi. FAB boyalarının təyinatı tamam başqa məqsədlər üçündür. Gəmi boyası başqa təyinatlıdır”. Ekspert yaxın günlərdə yenə həbslərin olacağını deyib:

"Təsəvvür edin ki, qərargah rəisi Nizamnamə qaydalarını pozmağa görə həbs edilir. Bu, növbətçi maddədir və sonrakı günlərdə ona qarşı başqa maddələrin də irəli sürülməsi nəzərdə tutulub. Açığını deyim, Yunus Məmmədovdan sonra növbə Müdafiə Nazirliyindəki bir neçə yüksək rütbəli şəxslərin olacaq.Amma onların həbs olunma ehtimalı bir qədər azdır. Onlarla bağlı müvəqqəti qərar qəbul ediləcək, faktiki olaraq işdən azad olunacaqlar”.

Qeyd edək ki, bu gün Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisi polkovnik Yunus Məmmədov həbs edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA