Səbaildə Heydər Əliyev dərsi

img

04-04-2014 [17:13]


Səbail rayonun ümumtəhsil məktəblərində müasir Azərbaycan tarixinin daha səmərəli öyrənilməsi məqsədi ilə XI sinif şagirdləri üçün «Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır» və «Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır» mövzularında açıq dərslərin keçirilir.


İH-dən MIA-ya daxil olan xəbərdə bildirilir ki, fevral-mart aylarında bu dərslər Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının qərargahı və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilib. Dərslərin yüksək səviyyədə, sistemli və planlı şəkildə keçirilməsi məqsədi ilə xususi qrafik tərtib olunmuş, rayonun orta və ali məktəblərinin peşəkarlığı, elmi-nəzəri, metodiki hazırlığı ilə fərqlənən nüfuzlu tarix müəllimləri seçilərək onlar üçün seminar keçirilib.

2 saylı texniki hümanitar elmlər liseyinin tarix müəlliməsi Sevil Nəsibova tərəfindən tədris edilən açıq dərs canlı ünsiyyət və şagirdlərin yüksək fəallığı şəraitində olub.

Qeyd edək ki, edilən məruzələr şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA