SABİQ İCRA BAŞÇISI HAKİM QARŞISINDA: "Adıma 7500 manat yazıldı, ondan mənə cəmi 100 manat verdilər - Vilyam Hacıyev etiraz etdi, hakim isə... (Yenilənib)
06-05-2022 [14:36]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilir.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid Vaqif Əliyev sahibkar olaraq fəaliyyət göstərdiyini deyib:
"Fermer təsərrüfatı ilə bağlı arayış lazım idi. Rayon İcra Hakimiyyətinin baş mühasibinə yaxınlaşanda bildirdi ki, rayonun abadlaşdırılması üçün köməklik lazımdır. Buna görə ona 3 min manat verdim".
Digər şahid Fariz Əliyevin sözlərinə görə, rayonda əkinçiliklə məşğul olur. O bildirib ki, 500 hektar torpaq sahəsi almaq üçün rayonun baş mühasibinə pul verib: "Rayonda əkinə yararlı torpaqlar paylanılırdı. İcra hakimiyyətinin hüquqşünası Rahib Zaidova bu məsələ ilə bağlı söylədim. O, məni baş mühasib Cəmil Musayevə yönəltdi. 500 hektar torpaq sahəsinə görə İmişli Rayon İcra Hakimiyyətinə 85 min manat pul verdim"/Report.
Mia.az-ın məlumatına görə, prosesdə digər şahid, sahibkarlıqla məşğul olduğunu deyən Zamiq Behbudov bildirib ki, sənəd almaq üçün İmişli RİH-ə 1000 manat pul verib.
Şahid Xankişi Babayev deyib ki, rayonda 3 otaqlı sosial evin alınmasına görə İmişli RİH-dən 20 min manat pul istənilib. Onun sözlərinə görə, RİH-dən Cəmil adlı şəxsə 18 min pul təqdim edib.
Digər şahid Məhəmməd Qasımov isə yardım almaq üçün İcra Hakimiyyətinə müraciət etdiyini, hesabına 7500 manat pul köçürülsə də, pulun 100 manatının ona verildiyini deyib: "Evdə xəstəmiz var idi, onun müalicəsinə kömək etmək üçün müraciət etdim. Buna görə hesabıma 7 min 500 manat pul köçürüldü. Bankdan çıxan kimi bir nəfər İcra Hakimiyyəti işçisi ilə görüşdüm. Pulun hamısını ona verdim. Mənə cəmi 100 manat pul qaytardı”.
Şahid Faiq Qasımov da eyni epizodla bağlı ifadə verib. O, məhkəmədə 500 manat aldığını deyib. Məlum olub ki, o, istintaq zamanı 7 min manat aldığını bildirib.
"DOST" İş Mərkəzində yaşıllaşdırma işləri ilə məşğul olan şahid Kərim Əliyev isə məhkəmədə istintaq zamanı verdiyi ifadəni təsdiq etməyib. O deyib ki, "DOST" İş Mərkəzində işləmək üçün müraciət edib və mərkəzdə ona işə götürülsə də, əməkhaqqı kartının onlarda qalacağı bildirilib. Şahid bugünkü ifadəsində isə əməkhaqqı kartının özündə olduğunu, hər ay 237 manat maaş aldığını deyib.
Prosesin sonunda bildirilib ki, cinayət işi üzrə ifadə verməyən 14 şahid var, onlar məhkəməyə gələ bilmirlər. Hakim həmin şəxslərin ifadəsinin elan edilməsini və ya yenidən çağırış göndərilməsi ilə bağlı məhkəmə heyətinə müraciət edib.
Vilyam Hacıyev sözügedən şahidlərin istintaq zamanı verdikləri ifadələrinin elan olunmasına etiraz edərək onların məhkəməyə gəlməsini istəyib: "Xahiş edirəm 14 nəfər şahid hər biri gəlib burda ifadə versin. İstintaqda deyilənlərlə burda deyilənlər arasında paradokslar olduğunu görürük, ona görə gəlmələri vacibdir".
Məhkəmə vəsatəti təmin edib.
Məhkəmənin növbəti iclası mayın 13-nə təyin edilib.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.
İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi