Rasim Balayev xəstəxanaya yerləşdirilib - Xalq artisti yenidən əməliyyat olunub

img

06-05-2022 [11:07]


Azərbaycanın Xalq artisti, məşhur aktyor Rasim Balayevin səhhətində problemlər yaranıb.

Mia.az xəbər verir ki, bunu Report-a açıqlamasında Xalq artisti özü bildirib.

O deyib ki, hazırda xəstəxanada müalicə alır. “Ötən gün əməliyyat olundum. Mədəmdə polip vardı, həkimlər onu götürdülər. Hazırda yaxşıyam. Bu gün son yoxlanışlardan keçib, evə buraxılacam”.

Qeyd edək ki, R.Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. Xalq artisti iki ay əvvəl səhhətində yaranan narahatlığa görə, uroloji əməliyyat olmuşdu.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR