Sumqayıt- Bakı yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində yolun kənarında10 YP 990 dövlət nömrə nişanlı "BMV” markalı avtomobilin içərisində radar qurulub. (Nömrə bu avtomobilin yol polisinə məxsus oluğunu isbat edir) Əməkdaşımız bu gün həmin avtomobilə yaxınlaşaraq suallarına cavab tapmaq istəyib.Əməkdaşımızla avtomobildə əyləşən polis əməkdaşının dialoqunu sizlərə təqdim edirik.
-Salam əleyküm.
-Əzizim 70 surət var. Zəng vurun bizim Mətbuat Şurasına. Burda qeyri-qanuni heç nə yoxdur.
-Burda niyə durmusuz?
-Hərəkət surətinə nəzarət edirik.
-Radar var qabaqda.
-Xeyr. Burda gizli xidmət gedir də.
-Qanunda elə şey var?
-Bəli var.
-Hansı qanunda?
-Yol hərəkəti haqqında qanunda.
-Neçənci maddə?
-Zəhmət olmasa yaxınlaşın Respublika QAİsindən məlumat alın. Mən burda xidmətdəyəm. Mənə mane olmayın.
-Neçənci maddə?
-Xahiş edirəm mənə mane olma. Mən burda xidmətdəyəm.
-Bu dəqiqə əraziyə
Yol polisi əl atır ratsiyaya
-Komandir zəhmət olmasa əraziyə naryad göndərin. Burda yoldaşlar mənə maneçilik törədir.
-Xahiş edirəm mənə mane olmayın.
-Gözləyirik qoy gəlsinlər.
-Sən yaxınlaş QAİ respublikaya nə sözün, nə sualın var, orda cavablandırsınlar.
-Sizin adınız nədir?
-Mənim adım Nizami Salamovdur.
-1182
-Bəli, bəli
Xeberle.com

