İlham Əliyev fərman və sərəncamlar imzaladı - SİYAHI

img

03-04-2014 [17:38]


Bu gün prezident İlham Əliyev bir neçə sərəncam imzlayıb. Sərəncamlar terrorçuluqla mübarizə və Cinayət Məcəlləsində edilən dəyişikliklərlə bağlı olub.

Mia.az həmin sərəncamları təqdim edir: 

***

"Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 14 mart tarixli 921-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 14 mart tarixli 921-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

****

"Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq qərara alır:

"Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 475; 2001-ci il, № 11, maddə 676; 2002-ci il, № 5, maddə 258; 2004-cü il, № 3, maddə 133; 2005-ci il, № 10, maddə 871; 2009-cu il, № 2, maddə 46; 2010-cu il, № 3, maddə 178) 1-ci maddəsinin 11-ci abzasında "214,” rəqəmlərindən sonra "214-2, 214-3,” rəqəmləri, "219-1,” rəqəmlərindən sonra"226, 227,” rəqəmləri əlavə edilsin, "və 282-ci” sözləri ", 282 və 283-1-ci” sözləri ilə əvəz edilsin.

İlham Əliyev
 Azərbaycan Respublikasının Prezidenti.

***

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №8, (II kitab), maddə 585; 2001, №7, maddə 455; 2002, №1, maddə 9, №5, maddə 233, №8, maddə 463; 2003, №6, maddə 276; 2004, №5, maddə 321, №7, maddə 505, №8, maddə 598, №10, maddə 761, №11, maddə 890; 2005, №1, maddə 4, №4, maddə 278, №6, maddə 462, №8, maddə 686, №10, maddə 874, №12, maddə 1079; 2006, №1, maddə 3, №2, maddə 64, №5, maddə 390, №10, maddə 847, №11, maddə 929, №12, maddə 1032; 2007, №2, maddələr 65, 68, №6, maddə 560, №7, maddə 712, №8, maddə 756, №11, maddə 1049, №12, maddə 1221; 2008, №6, maddə 462, №7, maddələr 606, 607, №12, maddələr 1045, 1049; 2009, №5, maddə 315, №7, maddə 517, №12, maddə 966; 2010, №3, maddələr 171, 173, 178, №7, maddə 593, №12, maddə 1058; 2011, №6, maddə 480, №7, maddələr 589, 599; 2012, №7, maddə 674, №11, maddə 1062, №12, maddə 1215; 2013, №2, maddə 77, №6, maddələr 616, 626, №7, maddə 786, №11, maddə 1265, №12, maddə 1493; Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 873-IVQD nömrəli, 2014-cü il 3 fevral tarixli 897-IVQD nömrəli qanunları) 215.3.1-ci maddəsindən "167-168,” rəqəmləri çıxarılsın.

İlham Əliyev
 Azərbaycan Respublikasının Prezidenti.

***

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 14 mart tarixli 919-IVQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 14 mart tarixli 919-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, III kitab, maddə 610; 2001, № 10, maddə 646; 2002, № 5, maddələr 273, 279, № 7, maddə 413, № 8, maddə 478, № 9, maddə 563; 2003, № 8, maddə 434; 2004, № 1, maddə 19, № 5, maddə 345; 2005, № 1, maddə 18, № 4, maddə 299, № 9, maddə 799, № 12, maddə 1101; 2006, № 8, maddə 676, № 11, maddə 935; 2007, № 1, maddə 10, № 3, maddə 223, № 9, maddə 865, № 12, maddə 1247; 2008, № 1, maddələr 7, 10; 2009, № 7, maddələr 531, 534; 2010, № 7, maddə 615; 2011, № 11, maddə 999; 2013, № 5, maddə 509, № 6, maddə 649, № 8, maddə 900) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. üçüncü abzasda "Məcəlləsinin” sözündən sonra "167-1, 167-2, 168,” rəqəmləri, "214-1,” rəqəmlərindən sonra "214-2, 214-3,” rəqəmləri əlavə edilsin;
3.2. on üçüncü abzasda "216-cı maddəsində” sözləri "167 və 216-cı maddələrində” sözləri ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

***

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №4, II kitab, maddə 251, №5, maddə 323, №12, maddə 835; 2001, №1, maddə 24, №7, maddə 455; 2002, №1, maddə 9, №5, maddələr 236, 248, 258, №6, maddə 326, №8, maddə 465; 2003, №6, maddələr 276, 279, № 8, maddələr 424, 425, №12, I kitab, maddə 676; 2004, №1, maddə 10, №4, maddə 200, №5, maddə 321, №8, maddə 598, №10, maddə 762, №11, maddə 900; 2005, №1, maddə 3, №6, maddə 462, №7, maddə 575, №10, maddə 904, №11, maddə 994; 2006, №2, maddələr 71, 72, 75, №5, maddə 390, №12, maddələr 1008, 1020, 1028; 2007, №2, maddə 68, №5, maddə 398, №6, maddələr 560, 562, 579, №8, maddə 757, №10, maddələr 937, 941, №11, maddələr 1049, 1080, 1090, №12, maddə 1221; 2008, №6, maddələr 454, 461, №7, maddə 602, №10, maddə 884, №12, maddələr 1047, 1049; 2009, №5, maddə 315, №7, maddə 517, №12, maddə 953; 2010, №2, maddə 70, №3, maddələr 171, 178, №4, maddələr 275, 276, №7, maddə 591; 2011, №4, maddə 253, №6, maddə 472, №7, maddələr 587, 601, 621, №11, maddə 980, №12, maddə 1093; 2012, №2, maddə 45, №3, maddələr 193, 196, №7, maddələr 666, 669, 673; №11, maddə 1068, №12, maddə 1223; 2013, №1, maddə 14, №2, maddə 102, №4 maddə 364, №5, maddələr 459, 479, 481, №6, maddələr 594, 600, №11, maddələr 1264, 1286, 1312, №12, maddə 1492; Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 872-IVQD nömrəli və 878-IVQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 114-cü maddə üzrə:
1.1. 114.1-ci maddənin sanksiyasında "dörd ildən səkkiz” sözləri "səkkiz ildən on iki” sözləri ilə əvəz edilsin;
1.2. 114.2-ci maddənin sanksiyasında "səkkiz” sözü "doqquz” sözü ilə əvəz edilsin;
1.3. 114.3-cü maddənin sanksiyasında "üç ildən səkkiz” sözləri "beş ildən on bir” sözləri ilə əvəz edilsin.

2. 214-cü maddə üzrə:
2.1. 214.1-ci maddənin sanksiyasında "səkkiz” sözü "on” sözü ilə əvəz edilsin;
2.2. Aşağıdakı məzmunda 214.2.5-ci maddə əlavə edilsin:
"214.2.5. beynəlxalq tədbirin keçirildiyi vaxt və ya kütləvi tədbirin keçirildiyi yerdə törədildikdə -”;
2.3. 214.2-ci maddənin sanksiyasında "on ildən” sözləri "on iki ildən” sözləri ilə əvəz edilsin.

3. 214-1-ci maddə üzrə:
3.1. dispozisiyada "214,” rəqəmlərindən sonra "214-2, 214-3,” rəqəmləri əlavə edilsin, "və 282-ci” sözləri ", 282 və 283-1-ci” sözləri ilə əvəz edilsin;
3.2. sanksiyada "səkkiz ildən on iki” sözləri "on ildən on dörd” sözləri ilə əvəz edilsin;
3.3. "Qeyd” hissəsinin 2-ci bəndindən "bu cür” sözləri çıxarılsın.

4. Aşağıdakı məzmunda 214-2-ci maddə əlavə edilsin:
"Maddə 214-2. Terrorçuluğa açıq çağırışlar
Bu Məcəllənin 102, 214, 214-3, 215, 219, 219-1, 226, 227, 277, 279 və ya 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materiallar yayma -
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.

5. Aşağıdakı məzmunda 214-3-cü maddə əlavə edilsin:
"Maddə 214-3. Terrorçuluq məqsədi ilə təlim keçmə
214-3.1. Bu Məcəllənin 102, 214, 215, 219, 219-1, 226, 227, 277 və ya 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi məqsədi ilə həmin əməllərin törədilməsi üsulları, odlu silahdan, partlayıcı maddələrdən və ya qurğulardan, zəhərli maddələrdən, digər ümumi təhlükəli üsullardan və ya texniki vasitələrdən istifadə hazırlığı üzrə təlim alma -
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
214-3.2. Bu Məcəllənin 214-3.1-ci maddəsində nəzərdə tutulan təlimləri təşkil etmə və ya keçirmə -
doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 214-3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür təlimlərin keçirilməsində nəzərdə tutulan məqsədlər üzrə cinayət əməllərinin qarşısının alınmasına, belə təlimlərdə iştirak etmiş, belə təlimləri təşkil etmiş, maliyyələşdirmiş şəxslərin aşkar edilməsinə yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.”.

6. 283.1-ci maddədə "və ya kütləvi” sözləri ", o cümlədən kütləvi” sözləri ilə əvəz edilsin.

7. Aşağıdakı məzmunda 283-1-ci maddə əlavə edilsin:
"Maddə 283-1. Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma
283-1.1. Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçirmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə –
doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
283-1.2. Eyni əməllər yetkinlik yaşına çatmayan şəxsi cəlb etməklə törədildikdə -
on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
283-1.3. Bu Məcəllənin 283-1.1-ci maddəsində nəzərdə tutulmuş qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə –
yeddi ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
283-1.4. Bu Məcəllənin 283-1.1 – 283-1.3-cü maddələrində nəzərdə tutulan hərəkətlərin törədilməsinə açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materiallar yayma -
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 283-1.1 – 283-1.3-cü maddələrində nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla həmin maddələrdə nəzərdə tutulan əməllərin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.”.

İlham Əliyev
 Azərbaycan Respublikasının Prezidenti.

nbsp;Azərbaycan Respublikasının Prezidenti.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA