Məşhur polkovnikə nazirlikdə yüksək vəzifə verildi

img

03-04-2014 [17:40]


Müdafiə Nazirliyinin Tank Təmiri Zavodunun sabiq rəisi, polkovnik Xəyyam Həsənova Müdafiə Sənayesi Nazirliyində (MSN) vəzifə verilib. 

AzNews.az-a daxil olan məlumata görə, X. Həsənov MSN-nın müdafiə təyinatlı məmulatlar şöbəsinə təyinat alıb. Onun burada hansı posta təyin olunması açıqlanmır. Xatırladaq ki, X. Həsənov Qarabağ müharibəsində tanınmış Azərbaycan tankçılarındandır. Kəlbəcər və Laçında gedən döyüşlərdə X. Həsənovun rəhbərliyi altında Azərbaycan tank bölmələri ermənilərin çox sayda canlı qüvvəsini və döyüş texnikalarını məhv edib. 

Atəşkəsdən sonra MN-də müxtəlif vəzifələrdə xidmət edən X. Həsənov 2008-ci ildə Tank Təmiri Zavodunun rəisi vəzifəsindən ehtiyata çıxıb. Bəzi məlumatlara görə, ordudan tərxis olunduqdan sonra o, Ukraynanın bir müəssisəsində və Türkiyənin MKE şirkətində ekspert kimi işləyib. Türkiyənin yeni tank və Fırtına özüyeriyən top layihələrində onun tövsiyyələri də nəzərə alınıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA