Rusiya MN: "Rusiya "Bayraktar TB-2" və Qərbdən gələn silahların olduğu anbarı vurub"
03-05-2022 [12:38]
“Yüksək dəqiqlikli “Oniks” raketləri ilə Odessa vilayətində hərbi aerodromdakı xarici silahların çatdırıldığı logistika mərkəzinə zərbə endirilib".
Mia.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general İqor Konaşenkov bugünkü brifinqdə deyib.
O bildirib ki, nəticədə "Bayraktar TB-2" pilotsuz uçuş aparatları olan anqarlar, həmçinin ABŞ və Avropa ölkələrindən alınan raket silahları və sursatlar məhv edilib: "Bundan əlavə, Rusiyanın hava hücumundan müdafiə sistemləri Odessa vilayətində Berezovka, Xarkov vilayətində Borşçeva və Çerneşçina, Xerson vilayətində Barvinok və Donetskin Mixaylovka yaşayış məntəqələrinin ərazilərində ötən gecə ərzində Ukraynaya məxsus 6 pilotsuz uçuş aparatını məhv edib.
Həmçinin, gecə saatlarında Ukraynaya məxsus bir “Toçka-U” raketi və iki “Smerç” reaktiv yaylım atəşi sistemi vurulub. Artilleriya bölmələri Ukrayna Silahlı Qüvvələrinin 54 artilleriya atəşi mövqeyini, 38 dayaq məntəqəsini, həmçinin canlı qüvvənin və hərbi texnikasının cəmləşdiyi 195 ərazini vurub. Nəticədə 230-a qədər millətçi və 52 ədəd silah və hərbi texnika məhv olunub".
General əlavə edib ki, Ukraynanın Xarkov vilayətində komanda məntəqələri və Nikolayev vilayətində S-300 zenit-raket kompleksinin buraxılış qurğusu da raket zərbəsi ilə sıradan çıxarılıb: "Xarkov vilayətinin Podolovka rayonunda Dolina yaşayış məntəqəsi ərazisində 81-ci aviasiya briqadasının və 77-ci ərazi müdafiə briqadasının komanda məntəqələri raketlə vurulub.
Son sutkadakı vurulan hədəflərlə yanaşı, indiyədək Ukraynanın 146 təyyarə, 112 helikopter, 696 pilotsuz uçuş aparatı, 286 zenit-raket kompleksi, 2783 tank və digər zirehli döyüş texnikası, 316 reaktiv yaylım atəşi sistemi, 1255 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2590 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv olunub".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi