Daha 700 xidmət icbari tibbi sığortaya daxil edilir, həkimlərə güzəştli kredit veriləcək - Bu həkimlərin isə maaşı artırılacaq (SİYAHI)

img

02-05-2022 [12:19]


Azərbaycanda bir qrup həkimlərin əməkhaqqı artırılacaq.

Mia.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev məlumat verib.

O, bildirib ki, 17 ixtisas üzrə çalışan həkimlərin maaşı iki dəfə artəlacaq.

Həmin ixtisaslar üzrə siyahı aşağıdakı kimidir:

Həkim – allerqoloq
Həkim – psixiatr
Həkim – dermatoveneroloq
Həkim – oftalmoloq
Həkim – endokrinoloq
Müalicəvi bədən tərbiyəsi üzrə həkim
Həkim – fizioterapevt
Həkim – pulmonoloq
Həkim – infeksionist
Həkim – revmotoloq
Həkim – kardioloq
Həkim – terapevt
Həkim – narkoloq
Həkim – toksikoloq
Həkim – nevroloq
Həkim – travmatoloq – ortoped
Həkim – pediatr

O, bildirib ki, 14 ixtisas üzrə çalışan həkimlərin maaşında isə artım 20-90% arası dəyişəcək:

Həkim – nefroloq
Həkim – epidemioloq
Həkim – ftiziatr
Həkim – hematoloq
Həkim – neonatoloq
Həkim – diyetoloq
Həkim – genetik
Müalicəvi bədən tərbiyəsi üzrə mütəxəssis
Həkim – laborant
Psixoloq
Həkim – metodist
Loqoped
Həkim – mikrobioloq
Həkim – statistik.

O daha sonra bildirib ki, Agentlik tərəfindən Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub: "Layihədə 700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi, ümumilikdə 3 000-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur. Yeni tibbi xidmətlər limitli qaydada orqan transplantasiyası, ürək-damar cərrahiyyəsi, oftalmoloji və travmatoloji əməliyyatları əhatə edir. Bundan başqa, hazırda limit sayı 300 olan koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatlarının sayının müvafiq olaraq 400-ə və 1200-ə qədər artırılması təklifi irəli sürülüb".

Sədr onu da əlavə edib ki, tibb işçilərinə güzəştli ipoteka krediti veriləcək: "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilən şəxslərin siyahısına dövlət tibb müəssisələrində çalışan tibb işçilərinin əlavə edilməsi ilə bağlı təklif hazırlayıb. Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na təklif olunan dəyişikliklər tibb işçilərinin mənzilə olan tələbatının ödənilməsi və onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi daşıyır. Təklifdə güzəştli ipoteka kreditindən istifadə etmək hüququ əldə etmək üçün gənc ailənin üzvü olaraq ən az 3 il dövlət tibb müəssisələrində tibbi fəaliyyətlə məşğul olmaq tələbi var. Eyni zamanda gənc ailənin üzvü olmayan tibb işçilərinin güzəştli ipoteka kreditindən yararlanması üçün ən az 15 il dövlət tibb müəssislərində tibbi fəaliyyətlə məşğul olmaq tələbi irəli sürülüb: “Təklif artıq aidiyyəti dövlət orqanlarına və qurumlarına təqdim olunub. Sənəd qəbul olunduğu təqdirdə dövlət orqanlarının (qurumlarının) nəzdindəki tibb müəssisələrində çalışan həkimlər, orta və kiçik tibb işçiləri (tibb müəssisəsinin rəhbəri istisna olmaqla) güzəştli ipoteka kreditindən yararlanmaq imkanı əldə edəcəklər”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR