Ziya Məmmədov Namiq Həsənovu yola saldı

img

03-04-2014 [16:09]


Nəqliyyat Nazirliyinin Katibliyinin rəisi Namiq Həsənov səhhətində yaranan problemlə bağlı məzuniyyətə çıxıb.

Mia.az "Aznews.az"a istinadən xəbər verir ki, Namiq Həsənovaçıqlmasındabildirib ki, aprelin 4-dən 15 gün müddətinə məzuniyyətdə olacaq:

"Bir az şəkər xəstəliyindən əziyyət çəkirəm. Sözün həqiqi mənasında ciddi müalicəyə ehtiyacım var. Elə onun üçün də məzuniyyət götürmüşəm”.

"Nazirlik müalicə üçün sizi xaricə göndərməyi nəzərdə tuturmu” sualına cavabında N. Həsənov deyib ki, bunun üçün Azərbaycanı tərk etməyə ehtiyac yoxdur:

"Müalicəni ölkədən kənarda almaq niyyətində deyiləm. Cənab nazir Ziya Məmmədovdan xahiş etsəm məni xaricə müalicəyə də göndərər. Mən darıxdığmdan Azərbaycandan kənarda müalicə almaq istəmirəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA