Eldar Mahmudovun rabitəçi qohumunun müdhiş maliyyə oyunları...

img

03-04-2014 [14:17]



Bu gün Azərbaycanda rabitə xidməti etiraf edək ki, dünyanın istənilən ölkəsindən yüksəkdir. Lakin bəzi hallarda məmur özbaşnalığı,səriştəsizlik görülən bütün işlərə gölgə salır. Belə məmurlardan biri də Bakı Telefon Rabitə İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynovdur. 

Məlumat verən mənbənin sözlərinə görə Beytulla Hüseynov Bakıda Naxçıvanlı bir iş adamı ilə razılığa gələrək Bakı Telefon Rabitə İstehsalat Birliyinə binanın bir hissəsini iş adamına aylıq 7000 AZN icarəyə verib. Bundan əlavə Şərifzadə küçəsi 7 ünvanında yerləşən Yasamal ATS-nin binasının arxa hissəsindəki 250 kvadratmetrlik ərazi ayıq 5000 azn ölkədəki tanınmış hazırlıq kurslarının birinə icarəyə verilir. Beytulla Hüseynovun biznes maraqları bununla bitmir.

Mənbəmiz iddia edir ki, BTRİB şefi hər ay icarələrdən 100 min dollarla qeyri-qanuni pul qazanır. Lakin bu günə qədər BTRİB şefi bu yerlərin sənədlərdə icarə verilmədiyini və idarəyə məxsus ləvazimatların saxlanılması üçün anbar kimi istifadə edildiyini göstərir. Maraqlıdır ki,Yasamal ATS-də icarəyə verilən əraziyə keçid qapısının üzərinə anbar yazılıb.

Bundan əlavə BTRİB şefinin qeyri qanuni olaraq internet xidməti göstərdiyini iddia edən mənbəmiz bu internet xidmətinin qanundan kənar olduğunu qeyd edir.

beytulla-rabita.jpg


Onu da vurğulayaq ki, BTİB-in rəisi rəisi Beytulla Hüseynov həm də "Baku İnternetin” sahibidir. Hazırda Bakıda internet istifadəçilərinin böyük bir hissəsi "Baku İnternetin”in müştərisidir, bu isə evinə telefon çəkdirib, internet aşdıran vətəndaşlara ATS-lərdə ilk növbətə "Baku İnternetin”in təklif olunması nəticəsində baş verir. Nəzərə alsaq ki, "Baku İnternetin”in sürəti ilə bağlı fəaliyyətindən kifayət qədər narazılıqlar olsa da, bu, çox vaxt nəzərə alınmır(Azerinfo.org).

Qeyd edək ki, B.Hüseynov milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur. Onun bir qardaşı Xeyrulla Hüseynov isə Xətai rayon İcra Hakimiiyəti Başçısının müavinidir.

/p

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA