Regional təhsil idarələrinə yeni rəhbərlər təyin edilib - SİYAHI (FOTOLAR)

img

29-04-2022 [19:30]


Təhsil naziri Emin Əmrullayev regional təhsil idarələrinin rəhbər vəzifəsinə təyin edilmiş şəxslərlə görüşüb.

Mia.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, görüşdə nazir Təhsil Nazirliyi sistemində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı dövlət başçısı tərəfindən imzalanmış sərəncamlar, bu sərəncamların icrası ilə bağlı görülən işlərdən danışıb, Regional Təhsil idarələrinə yeni təyin olunmuş rəhbər şəxslərə tövsiyə və tapşırıqlarını verib.

Görüşdə Regional Təhsil idarələrinin əsas vəzifələri olaraq fəaliyyət istiqamətləri üzrə vətəndaşlara çevik və keyfiyyətli təhsil xidmətinin təşkili, məktəbəqədər və ümumi təhsil müəssisələrində təhsil alan uşaqlar üçün sağlam və təhlükəsiz mühitin yaradılmasının vacibliyi qeyd olunub. Həmçinin təhsilverənlər üçün müvafiq və səmərəli iş şəraitinin yaradılması, zəif nəticəsi olan şagirdlərlə işə xüsusi diqqət ayrılması, onların nailiyyətlərinin yüksəldilməsi, eyni zamanda məktəbəqədər yaşlı uşaqlar üçün əlverişli öyrənmə mühitinin təşkili kimi məsələlər xüsusi vurğulanıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli müvafiq sərəncamı ilə rayon və şəhər təhsil şöbələrinin (idarələrin) əsasında 12 regional təhsil idarəsi yaradılıb. 2022-ci ilin 1-ci rübündə müvafiq yerli təhsil şöbə və idarələrin balansındakı dövlət əmlakı Regional Təhsil idarələrinin balansına verilib, inventarizasiyasının aparılması, müvafiq sənədlərin və məlumatların təhvil-təslim işləri başa çatıb.

Regional Təhsil idarələrinin yerləşəcəyi şəhər və ya rayon mərkəzləri də müəyyən olunub və təhsil naziri tərəfindən təsdiq edilib.

Xatırladaq ki, Regional təhsil idarələrlərinə aşağıdakı şəxslər müdir təyin olunublar:

İlhamə Abdullayeva (Təhsil Nazirliyinin əməkdaşı) - Abşeron-Xızı Regional Təhsil İdarəsi; 

Rövşən Əliyev (İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri) - Dağlıq Şirvan Regional Təhsil İdarəsi;

Elçin Kərimov (Təhsil Nazirliyinin əməkdaşı) - Mərkəzi Aran Regional Təhsil İdarəsi;

Sənan Mənsimli (13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi) - Şirvan-Salyan Regional Təhsil İdarəsi;

Bəhruz Mehdiyev (Biləsuvar məktəb-liseyinin direktoru) - Şəki-Zaqatala Regional Təhsil İdarəsi;

Rüfət Hacıyev (Quba Rayon Təhsil Şöbəsinin müdiri) - Quba-Xaçmaz Regional Təhsil İdarəsi;

Fuad Bədəlov (Qubadlı Rayon Təhsil Şöbəsinin müdiri) - Şərqi Zəngəzur Regional Təhsil İdarəsi;

Gündüz Əbdülov - Qarabağ Regional Təhsil İdarəsi;

Rəşad Musayev (Təhsil Nazirliyinin əməkdaşı) - Mil-Muğan Regional Təhsil İdarəsi;

Elxan Nəcəfov (Təhsil İnstitutunun metodik dəstək mərkəzinin şöbə müdiri) - Lənkəran-Astara Regional Təhsil İdarəsi;

Anar Qədiməliyev (Gəncə Şəhər Təhsil Şöbəsinin müdiri) - Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi.

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR