Tibb Universitetində tələbələr etiraza qalxdı; Tələbələr dərsdən imtina ediblər

img

03-04-2014 [11:28]


Tibb Universitetində bu gün qalmaqalın yaşandığı haqda məlumat yayılıb.

Mia.az Azerinfo.org-a istinadən xəbər verir ki, universitetin Cərrahiyyə kafedrasının yeni binasında tələbələr dərsə girməkdən imtina ediblər. Məlumatına görə, rektor Əhliman Əmiraslanov tərəfindən Tibb Universitetinə Türkiyədən müəllimlər dəvət olunub.

Lakin bu gün Cərrahiyyə kafedrasına dərs deməyə gələn müəllimlər burada dini və siyasi təbliğatla məşğul olduqlarından tələblər onların dərsinə girməkdən imtina ediblər.

Mənbənin məlumatına görə Türkiyədən gələn müəllimlər dərsdə siyasi çıxışlar edərək, tələbələri Türkiyənin baş naziri Ərdoğan əleyhinə yönəldir və bu fikirlərə qarşı olan gənclər sıxışdırılır.

Cərrahiyyə kafedrasına dəvət olunan 12 müəllimin dərsinə girməkdən imtina edən tələblər bu müəllimlərin onlara tibb yox, dini və siyasi dərs verdiklərini açıqlayıblar.

Xatırladaq ki,Akademik Əhliman Əmiraslanov Milli Məclisin deputatı kimi Türkdilli Ölkələrin Parlament Assambleyasının Parlamentlərarası Komissiyasının sədridir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA