Ziya Məmmədovun kadrı olan icra başçısının obyektləri - Siyahı

img

03-04-2014 [11:22]


Qubanın icra başçısı Mübariz Ağayevlə bağlı ardıcıl iki iddia ortaya çıxıb.

Mia.az Jam.az-a istinadən xəbər verir ki, bu iddiaların ikisi də tanınmış hüquq müdafiəçisi Vidadi İsgəndərliyə aiddir. 

Facebookda yaydığı məlumatda İsgəndərli bildirib ki, Qubanın icra başçısı onun bacısı oğlu Ceyhun Əsgərovdan 5000 manat rüşvət alıb. Hüquq müdafiəçisi həmin pulun geri qaytarılmasını tələb edib. 

JAM.AZ xəbər verir ki, bunun ardından Vidadi İsgəndərli Mübariz Ağayevin təkcə Göyçayda olan 5 obeyktinin də fotoşəkillərini yayıb. Həmin şəkillərdəki obyektlərdən biri kimi Göyçay Çörək Kombinatıdır. Hüquq müdafiəçisinin yazdığına görə, sözügedən şəxs Göyçayda işləyən zaman həmin kombinatı su qiymətinə özəlləşdirib. Hal hazırda isə vergi belə ödəmir. 

Digər bir şəkildə isə Göyçay Şadlıq Sarayının qarşısındakı çayxana əks olunub. Həmin çayxana da elə Çörək Kombinatının yaxınlığında yerləşir. Faktiki vergi ödəməyən bu obyektin dəyərinin isə 2 milyon manat olduğu vurğulanır. 

«Şirvanmest» deyilən ərazidə süni göllə əhatə edilmiş restoranın da fotoları İsgəndərli tərəfindən yayılıb və qeyd edilir ki, dəyəri 1 milyon manat olan bu obyekt də vergi ödəmir. 

Sonuncu fotoşəkil isə yenə də «Şirvanmest» deyilən ərazidə müasir üslubda tikilmiş «Göyçay» Şadlıq Sarayı əks olunub. Hüquq müdafiəisi iddia edir ki, dəyəri 5 milyon manat olan bu iaşə obyekti də vergi ödəmir. 

JAM.AZ xəbər verir ki, Vidadi İsgəndərli yaxın günlərdə Mübariz Ağayevin Göyçay, Mingəçevir, Quba və Bakıdakı digər ticarət obyektlərinin də fotolarını yayımlayacağını bildirib. 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA