Gürcüstandan Azərbaycana soyuducu gətirən yük qatarı yandı

img

03-04-2014 [10:46]


Bu gün səhər saatlarında Qaradağ rayonu ərazisində, Ələt istiqamətində hərəkətdə olan yük qatarı yanıb.

"Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, yanğın Gürcüstandan Bakıya soyuducu gətirən yük qatarında baş verib.

Yanğın nəticəsində 4 vaqonun yandığı bildirilir. Hələlik yanğın nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.

Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və xilasedicilər çalışır. Hadisə yerinə təcili yardım həkimləri də göndərilib.

N.Əzməmmədov yanğının hansı səbəblərdən baş verdiyinin araşdırıldığını bildirib. Yaxın saatlarda hadisə ilə bağlı ətraflı məlumatın veriləcəyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA