Hakim sürücü ilə əlbəyaxa oldu, sonra tutdurdu - Rauf Əliyev

img

03-04-2014 [10:20]


Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rauf Əliyev bir neçə gün öncə Novxanı qəsəbəsi ərazisində bir münaqişədə tərəf olub. Onun idarə etdiyi avtomobil "Azpetrol" şirkətinə məxsus benzindaşıyan ağır tonnajlı avtomobillə qəza şəraitinə düşüb.

İddialara görə günah Rauf Əliyevdə olsa da o maşından enərək "Kamaz"ın sürcüsü Şəki rayon sakini 47 yaşlı İlqar Paşayevi təhqir etməklə kifayətlənməyib, hətta ona əl qaldırıb. Beləliklə, tərəflər arasında münaqişə yaranıb və sürücü də borclu qalmayaraq ona cavab verməli olub.

Bundan sonra maşına oturan Rauf Əliyev lazımi yerlərə zəng vuraraq İlqar Paşayevi həbs etdirməyə nail olub. İlqar Paşayev barəsində Binəqədi Rayon Polis İdarəsində xuliqanlıq maddəsiylə (221.3) cinayət işi başlanılıb və həmin rayon məhkəməsinin qərarıyla 2 aylıq həbs qətimkan tədbiri seçilib. 

Bildirilir ki, Rauf Əliyevin oğlu Bəhruz Əliyev Binəqədi rayon 7-ci polis bölməsinin rəis müavinidir və işi aparan Binəqədi Polis İdarəsinin istintaq şöbəsinin Elşən (əvvəllər Bakı Baş Polis İdarəisndə işləmiş) adlı müstəntiqi İlqar Paşaeylə vəkillərinin görüşməsinə əngəllər törədir. Təqsirləndirilən şəxslərin yaxınları iddia edir ki, hadisə kameraların altında baş versə də polis onun görüntülərini vəkillərə verməkdən müxtəlif bəhanələrlə imtina edirlər, çünki bəlli səbəblərdən həqiqətin üzə çıxmasında maraqlı deyillər.
Mövzunu diqqətdə saxlayacağıq.

Moderator.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA