Fərhad Məmmədov Eynulla Fətullayevlə bağlı BƏYANAT yaydı

img

02-04-2014 [16:11]


Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov Prezident Administrasiyasının keçmiş şöbə müdiri Elnur Aslanova vəzifəsinə münasibət bildirilməsi ilə bağlı bəyanat yayıb. Modern.az saytına daxil olmuş bəyanatın mətninin təqdim edirik:

"Haqqın.az saytının 2 aprelə 2014-cü il tarixli buraxılışında guya, mənə istinadən «Fərhad Məmmədov: Elnur Aslanov bu vəzifəsi layiq deyil» başlığı altında qərəzli və həqiqətə uyğun olmayan informasiya yayılıb. Məlumat üçün bildirirəm ki, nə bu gün nə də əvvəlki dövrlərdə həmin sayt ilə əlaqələrim olmayıbvə hər hansı bir mövzuda onun əməkdaşlarına müsahibə verməmişəm. Mənimlə «eksklüziv müsahibə» adlı material isə açıq şantaj və böhtan xarakteri daşıyır. Barəmdə yazılan böhtanla əlaqədar olaraq, məhkəmə instansiyalarına müraciət etmək hüququmu özümdə saxlayıram"-deyə bəyanatda qeyd olunur. .

Qeyd edək ki, Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilmiş Elnur Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Strateji planlaşdırma, elmi potensial, investisiya şöbəsinə müdir təyin olunub.Sözügedən sayt saytlar isə F. Məmmədovun məsələ ilə bağlı münasibətini əks etdirən material yayıb. İddia olunur ki, F. Məmmədov E. Aslanovun bu vəzifəyə layiq olmadığını qeyd edib və buna etiraz edib.

Haqqın.az saytının rəhbəri Eynulla Fətullayevdir


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA