TQDK Təhsil Nazirliyinə cavab verdi

img

02-04-2014 [13:23]


Azərbaycanda orta məktəblərdə tədris ilinin müddətinin dərs ilinin sonuna əlavə günlərin artırılması hesabına uzadılacağı gözlənilir. Bu barədə təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə bildirib ki, tədris ilinin müddətinin artırılması məsələsi Təhsil Nazirliyi tərəfindən irəli sürülüb.

Nazirliyin bu təklifi ilə bağlı Tələbə Qəbul Komissiyasının mövqeyini öyrəndik. Qurumun mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Aktual.az-a açıqlamasında hələ ki, bu barədə nazirliyin rəsmi qərarı olmadığını bildirdi:

"Əgər belə bir qərar olarsa, buraxılış imtahanlarının keçirilmə vaxtları ona uyğun olaraq müəyyənləşdirilə bilər. Ali məktəblərə qəbul imtahanları bu il may və iyul aylarında keçirildiyinə görə bu prosesə hər hansı maneə yaratmır. Hər halda Təhsil Nazirliyi belə qərar qəbul edərsə, onun hansı ildən tətbiq olunması dəqiqləşdikdən sonra bu məsələlərə daha aydın şəkildə baxmaq olar”

Qeyd edək ki, Təhsil Nazirliyinin rəsmisi bu təklifi tədris proqramlarının ağır olması və 32 dərs həftəsinin buna cavab verməməsi ilə əlaqələndirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA