Kamran Əliyev bu rayonlara prokurorlar təyin etdi - SİYAHI

img

20-04-2022 [19:17]


Baş prokuror 6 rayona prokurorlar təyin edib.

Mia.az Baş Prokurorluğa istinadla xəbər verir ki, bu barədə Baş Prokuror Kamran Əliyev əmrlər imzalayıb.

Əmrlərə əsasən, Xocalı rayon Prokuror Şahin İmanov tutduğu vəzifədən azad olunaraq Daşkəsənə prokuror təyin edilib.

Daşkəsən rayon prokuroru Maarif Hüseynov isə tutduğu vəzidən azad olunaraq Tovuz rayon prokuroru təyin edilib.

Baş Prokurorun digər əmri ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Əvəz Əliyev Xocalı rayon prokuroru təyin olunub.

Digər əmrlə Sumqayıt şəhər prokurorunun müavini Elnur Cəfərov Ağsu rayon prokuroru vəzifəsinə gətirilib. 

Ağsu rayon prokuroru Rəşad Mansurov isə tutduğu vəzifədən azad edilərək Salyan rayonuna prokuror təyin edilib.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Emil Kərimov Oğuz rayon prokuroru təyin olunub.

Başqa bir əmrlə Tərtər rayon hərbi prokuroru Hümmət Məmmədov tutduğu vəzifədən azad edilərək, Respublika Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət şöbəsinin rəisi təyin edilib.

Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Emin Vəliyev də tutduğu vəzifədən azad edilərək, Tərtər rayon hərbi prokuroru təyin olunub.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR