Abbas Abbasov Baş Prokurorluğa müraciət edib

img

01-04-2014 [22:35]


"Azerros” Ağsaqqalllar Şurasının sədri Abbas Abbasov Liberal-demokratlar partiyasının lideri Jirinovskinin martın 11-də Dövlət Dumasında etdiyi çıxışı ilə əlaqədar Rusiya Baş Prokurorluğuna müraciət edib. 


Müraciətdə bildirilir ki, deputat çıxışı zamanı növbəti dəfə azərbaycanlılar haqqında təhqiredici ifadələr işlədib. 

Bundan başqa müraciətdə qeyd olunur ki, Jirinovski çıxışının məntiqi gedişinə uyğun olmayan şəkildə azərbaycanılar haqqında danışmağa başlayıb ki, bu da onun səsləndirdiyi ifadələrin şüurlu və təxribat xarakteri daşıdığını göstərir. 

Abbas Abbasov Rusiya Baş Prokuroruna müraciət edərək göstərilənlərin əsas götürülərək Jirinovskinin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib. 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA