DÖVLƏT DEPARTAMENTİ HESABAT YAYDI, ERMƏNİSTANI İTTİHAM ETDİ: "Cenevrə Konvensiyasını açıq şəkildə pozublar"
14-04-2022 [21:24]
ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatının Ermənistan ilə bağlı hissəsində İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq hüququn və Cenevrə Konvensiyasının pozulması faktları öz əksini tapıb.
Mia.az-ın məlumatına görə, hesabata görə, 2020-ci ildəki İkinci Qarabağ Müharibəsi zamanı beynəlxalq humanitar hüququn və insan hüquqlarının pozulması ilə bağlı “İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq” (IPHR) və “Truth Hounds” qeyri-hökumət təşkilatları tərəfindən may ayında dərc olunmuş birgə hesabata əsasən, Ermənistan silahlı qüvvələri üzvlərinin yaralı halda əsir götürdükləri iki Azərbaycan əsgərini edam etməsinə dair təkzibedilməz dəlillər mövcuddur. Sübut iki videodan ibarət olub: “Əgər bu qətllər sonrakı araşdırmalar zamanı təsdiqlənərsə, bu, beynəlxalq humanitar hüququn və Cenevrə Konvensiyasının açıq şəkildə pozulmasıdır. Yaralı Azərbaycan əsgərlərinin öldürülməsi həm də Ermənistanın Cinayət Məcəlləsini pozur və Avropa İnsan Haqları Konvensiyasına uyğun olaraq yaşamaq hüququnun kobud şəkildə pozulmasını özündə əks etdirir”.
QHT hesabatında bildirilir ki, keçmiş azərbaycanlı məhbuslarla müsahibələrə və əsirlərdən biri ilə qəddar rəftarın əks olunduğu videoya əsasən, ən azı yeddi azərbaycanlı hərbi əsir Ermənistan silahlı qüvvələri tərəfindən işgəncələrə və qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalıb.
Bundan əlavə, IPHR və “Truth Hounds” videoya çəkilmiş daha üç qəddar rəftar halı ilə bağlı əlavə araşdırmalara ehtiyac olduğunu bildirib: “Şahidlər tərəfindən təsvir edilən və ya videoya çəkilmiş sistematik döyülmələr, qeyri-insani saxlama şəraiti, tibbi yardımdan və digər əsas ehtiyaclardan imtina, qəddarlıq və ləyaqəti alçaldan rəftar Ermənistan silahlı qruplaşmaları tərəfindən Cenevrə Konvensiyasının ciddi şəkildə pozulması və Avropa İnsan Haqları Konvensiyasına uyğun olaraq işgəncə və qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsinin pozulması anlamına gəlir".
Sənəddə Ermənistan silahlı qüvvələri tərəfindən ölənlərin cəsədləri üzərində insanlığa yaraşmayan çoxsaylı addımlar atmasının təkzibedilməz sübutu olan videogörüntülər təsvir edilir: “Cəsədlər üzərində qeyri-insani hərəkətlərə dair əsaslı iddiaların hamısı əlavə araşdırma tələb edir”.
Hesabata əsasən, beynəlxalq fotojurnalist Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda onlarla azərbaycanlı qəbiristanlığının dağıdılmasını “sənədləşdirib”. Qəbirlər dağıdılmış halda aşkar edilib, hətta bəzi hallarda qəbirlərdən qarət olmasına dair sübutlar var. Digər yerlərdə isə ağır tikinti texnikası ilə dağıntı və meyit qalıqlarının eksqumasiyası izləri aşkar edilib.
“Ağdamda Şəhidlər Xiyabanını ziyarət edən xarici müşahidəçilər vaxtilə cəsədlərin basdırıldığı çuxurların fotolarını çəkiblər; qəbiristanlıqda yalnız bir dağılmış qəbir daşı qalır. Qəbiristanlıqlardakı vandalizm həmçinin qəbir daşlarının üzərindəki mərhumların şəkillərinin çəkic və ya buna bənzər əşyalarla tanınmayacaq dərəcədə dağıdılmasında da əks olunub. Bundan əlavə, qəbirdən çıxarılan cəsəd qalıqlarından qızıl dişlər çıxarılıb, kəllə sümükləri və digər sümüklər qəbiristanlıqlara səpələnib. Fotojurnalistin sözlərinə görə, erməni məzarları faktiki olaraq toxunulmaz qalıb”, - hesabatda vurğulanır.
Qeyd olunur ki, 2021-ci il aprelin 24-də Azərbaycan Baş Prokurorluğu Kəlbəcər rayonunun əvvəllər işğal altında olan Başlıbel kəndində 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən öldürüldüyü güman edilən azərbaycanlıların məzarlarının axtarışı ilə bağlı araşdırmalara başlayıb: “Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, 12 dinc sakinin meyiti tapılıb. İyun ayında daha üç cəsəd, avqustun 30-da isə çoxlu insan qalıqların olduğu başqa bir dəfn yeri tapılıb”.
Hesabatda göstərilir ki, Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, 2020-ci ilin noyabrında atəşkəs əldə olunduğu andan ilin sonunadək əvvəllər Ermənistanın nəzarətində olan Azərbaycan ərazilərində mina partlayışları nəticəsində Azərbaycanın 7 hərbi qulluqçusu və 29 mülki şəxs həlak olub; daha 109 hərbçi və 44 mülki şəxs yaralanıb.
“Ermənistan hökumətinin məlumatına görə, 2020-ci ilin dekabrında hökumət həmin ilin payızında baş vermiş münaqişə zamanı Ermənistan hərbi qulluqçuları tərəfindən silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması ittihamı ilə altı cinayət işi başladıb. Altı işdən dördü güman edilən qətllər, işgəncə və qeyri-insani rəftarla, biri güman edilən qətllər və işgəncələrlə, biri isə güman edilən qətllə bağlı olub. 2021-ci il iyunun 22-də hökumət altı işin hamısını bir cinayət prosesində birləşdirib. 2021-ci ilin sonunda istintaq davam edirdi”, - ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun hesabatında bildirilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi