Prezident İlham Əliyev Albaniyanın Baş naziri ilə təkbətək görüşüb - Nələr müzakirə edilib? (FOTOLAR)
14-04-2022 [19:27]
Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Albaniyanın Baş naziri Edi Rama ilə təkbətək görüşü olub.
Mia.az xəbər verir ki, Prezident İlham Əliyev Baş nazir Edi Ramanı qarşılayıb.
Sonra birgə foto çəkdirilib.
Albaniyanın Baş nazirini salamlayan Prezident İlham Əliyev deyib:
-Cənab Baş nazir, Azərbaycana xoş gəlmisiniz, sizi Azərbaycanda görməyimə çox şadam. Bu, bir-birimizi görmək və gündəliyimizdə duran bir çox vacib məsələləri müzakirə etmək üçün olduqca yaxşı fürsətdir. Sizin səfəriniz ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyəsini bir daha nümayiş etdirir. Biz dəfələrlə görüşmüşük, bir çox hallarda telefon əlaqəsi yaradırıq. Eyni zamanda, beynəlxalq tədbirlər çərçivəsində də bir-birimizi görmək imkanından hər zaman istifadə edirik.
Əminəm ki, bu səfər ikitərəfli əlaqələrimizə yeni təkan verəcəkdir. Biz regional inkişaf və dünyanın gündəliyində olan başlıca məsələləri müzakirə edəcəyik. İkitərəfli münasibətlərimizə gəldikdə, mən məlumatla tanış oldum və əlbəttə ki, biz ticarət dövriyyəmizin artırılması üzərində çalışmalıyıq. Rəqəm olduqca kiçikdir, lakin hesab edirəm ki, burada artım potensialı var və biz bunu bu gün müzakirə edəcəyik.
Əlbəttə, enerji sektorunda əməkdaşlığımız haqqında da danışacağıq. Bir ildən artıq müddətdir ki, Azərbaycan Avropaya təbii qazın ixracatçısına çevrilib və Albaniya hər zaman bu təşəbbüsü dəstəkləyib. Ölkənizin yüksək səviyyəli nümayəndələri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında hər zaman iştirak ediblər və həmin layihənin icrasına öz böyük töhfələrini veriblər. Yəni, biz bu tarixi layihəni icra etmiş ölkələrdən ibarət olan komandadayıq. Hesab edirəm ki, bu gün Cənub Qaz Dəhlizi və xüsusilə də Trans-Adriatik boru kəmərinin əhəmiyyəti daha qabarıq görünür.
Bu, əməkdaşlığımızın ən yaxşı sahələrindəndir ki, burada böyük artım potensialı var. Bizim nümayəndələrimiz enerji əməkdaşlığımız ilə bağlı daha geniş portfelə malik olmaq istiqamətində görüşlər keçirirlər. Buraya təbii qaz, tranzit, təchizat, elektrik enerjisi daxildir və bu, həqiqətən də bizim ikitərəfli gündəliyimizin əhəmiyyətli hissəsini təşkil edə bilər. Əminəm ki, hazırda danışıqlar mövzusu olan məsələlər yeni inkişafla nəticələnəcək.
Hesab edirəm ki, biz, həmçinin qarşılıqlı sərmayə qoyuluşu imkanlarını müzakirə edə bilərik. Biz vətəndaşlarımıza turizm sahəsində müxtəlif imkanlar yarada bilərik. Ümumilikdə isə bu görüş tərəfdaşlığımıza daha geniş mənada nəzər salmaq və gələcəkdə yaxşı nəticələr əldə etmək baxımından təkan vermək üçün yaxşı fürsətdir.
Sizi görməyimə şadam. Bir daha xoş gəlmisiniz.
Baş nazir Edi Rama deyib:
- Təşəkkür edirəm cənab Prezident. İlk növbədə, uzun illərdən sonra vəziyyətin dözülməz həddə çatması nəticəsində ölkənizin ərazisinin bir hissəsini uğurla geri qaytardığınız dövrdə burada olmağımdan çox məmnunam. Bildiyiniz kimi, Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkənizin tarixi hüquqlarını dəstəkləyir və bunu etməyə davam edəcək. Biz Sizin qonşunuz Ermənistanla sülhə və uzunmüddətli əməkdaşlığa yönəlmiş olduqca nümunəvi səylərinizi alqışlayırıq.
Eyni zamanda, xoşbəxtlikdən Türkiyə kimi dövlətin simasında güclü körpüyə malikik. Qəti şəkildə inanıram ki, Sizin də qeyd etdiyiniz kimi, biz daha çox işlər görə bilərik. Əlbəttə, əməkdaşlığımızın artırılması potensialına malik sahələr var və mən bununla bağlı Sizin fikirlərinizi öyrənmək, habelə perspektivləri müzakirə etmək arzusundayam. Bundan əlavə, heyətlərimiz müzakirələr aparır və görək, istər enerji, istərsə də turizm sahəsində hansı nəticələr əldə olunacaq.
COVID artıq bir növ sakitləşib və ümid edirəm ki, Siz Albaniyaya səfərə gələcəksiniz.
Cənab Prezident, gözəl paytaxtınıza ilk qədəmlərimizdən bizə göstərilən bu yüksək qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyanın Baş naziri Edi Rama ilə işçi naharı olub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi