İlkin Süleymanovun məhkəməsi: şahidlər nə deyirlər?
13-04-2022 [19:56]
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Mia.az "Report"a istinadla xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə bu gün İlkin Süleymanovun növbəti məhkəmə prosesində təqsirləndirilən şəxsin bacıları İlhamə və Kamalə Süleymanova ifadə veriblər.
Onlar təqsirləndirilən İlkin Süleymanovun vəkilinin və hakimin suallarını cavablandırıblar.
İlhamə Süleymanova ifadəsində bildirib ki, meytin tapıldığı gündən sonra polislər evimizə gəlib yoxlanışlar apardılar, lakin şübhə doğuran heç bir şey tapmayıb getdilər.
"Sabahsı gün yenə gəlib evi və bütün məhlədə axtarışlar apardılar, yenə də heç nə tapmadılar. İlkin ilk ifadəsində bildirmişdi ki, mən sadəcə meyti görmüşəm, başqa heç nədən xəbərim yoxdur. Sonra bildik ki, İlkinə qarşı işgəncə ediblər ki, cinayəti boynuna alsın".
Kəmalə Süleymanova isə ifadəsində onun yaşadığı evlə ata evinin (Nərmin Quliyevanın saxlanıldığı iddia edildiyi ev) ayrı-ayrıdır.
"O vaxt bildirdilər ki, meytin başına bağlanmış qırmızı rəngli parça var. Ata evimizdə yoxlanışlar aparmışdılar, həmin parçaya uyğun heç bir şey tapmadılar. Sonra gəlib bizim evə baxdılar, orda yorğanların arasına tikilmiş qırmızı parçanı göstərib həmin parçadan olduğunu dedilər. Lakin heç də həmin parçadan deyildi, hətta üzərində olan naxışlar belə fərqli idi. Lakin işi araşdıranlar inadla bildirdilər ki, güya həmin parçayla eynidir".
Daha sonra məhkəməyə ifadə vermək üçün əsas şahidlərdən biri olan Altay Ələkbərov çağrılıb. Qeyd edək ki, bu şahidin istintaqa verdiyi ifadədə meytin gördüyü vaxtla tapıldığı vaxt arasında ziddiyyət var.
Elə bu səbəbdən təqsirləndirilən İlkin Süleymanov hakimdən digər iki müdafiəçilərinin məhkəmədə iştirak etmədiyi, həmin vəkillərinin veriləcək sualları ola biləcəyi səbəbindən A.Ələkbərovun bu gün ifadə verməməsini xahiş edib.
Lakin hakim bu tələbi qəbul etməyib, şahidin ifadəsinin dinlənilməsini, digər vəkillərin də iştirak edəcəyi növbəti məhkəmələrin birində isə sualları cavablamaq üçün yenidən məhkəməyə çağırılacağını bildirib.
Altay Ələkbərov ifadəsində qeyd edib ki, meytin tapıldığı həmin gün maşını ilə yeznəsi Fikrətgilə gedən zaman orada heç bir şey yox idi.
"Lakin təxmini 20 dəqiqədən sonra geri qayıdarkən orada meytin yandığını, Nazamin isə (kənd sakini) əlində bel meyiti söndürməyə çalışdığını gördüm", - A.Ələkbərov ifadəsində qeyd edib.
Hakimin qərarı ilə növbəti məhkəmə aprelin 14-nə təyin olunub.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi