Keçmiş deputatın həbs olunan qardaşı sərbəst buraxılıb (Yenilənib)
13-04-2022 [20:31]
Milli Məclisin sabiq deputatı, həbsxanada ölən Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Məlumata görə, Nərimanov rayon Məhkəməsinin qərarı ilə Elşən Cəbrayılov məhkəmə zalından azadlığa buraxılıb.
Belə ki, məhkəmə istintaq orqanının təqdimatını əsassız sayıb/Report.
***
Həbsdə koronavirusdan vəfat edən keçmiş deputat Rəfael Cəbrayilovun qardaşı həbs olunub.
Mia.az x\əbər verir ki, 2005-2019-cu illərdə Milli Məclisin deputatı olmuş, 2021-ci ilin sentyabrında həbsdə vəfat edən Rəfael Cəbrayılovla bağlı cinayət işində onun qardaşı, “Dərhal” tikinti şirkətinin rəhbəri Elşən Cəbrayılovun adı çox hallanırdı. O, qardaşının işi üzrə şahid kimi dindirilsə də, Rəfael Cəbrayılovun ölümündən sonra xanımı məhkəmədə vəsatət qaldıraraq, qaynının həbs olunmasını istəmişdi. Sabiq deputatın hüquqi varisi qismində tanınan Aidə Cəbrayılova iddia edirdi ki, həyat yoldaşının həbs olunmasına görə Elşən Cəbrayılov günahkardır. Cinayət işində zərərçəkmiş kimi tanınan vətəndaşların bir çoxunun aldadılmasında Elşən Cəbrayılovun təqsiri var.
Elşən Cəbrayılov isə ittihamları qəbul etmir, əksinə, qardaşının üzündən bütün bizneslərini, əmlaklarını itirdiklərini iddia edirdi.
Elşən Cəbrayılov aprelin 11-də tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb. İstintaq Nərimanov Rayon Polis İdarəsində aparılır.
Prokuror Elşən Cəbrayılov haqqında həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verib. Aprelin 13-də gün ərzində təqdimata baxılacaq.
Elşən Cəbrayılovun tutulmasını Daxili İşlər Nazirliyinin mətbuat xidməti də təsdiqləyib. Onun idarəyə vətəndaşlardan daxil olan şikayətlər əsasında tutulduğu bildirilir. Vətəndaşlar onun rəhbərlik etdiyi tikinti şirkətindən mənzil, obyekt almaq üçün pul verib aldadıldıqlarını iddia edirlər.
Mərhum Rəfael Cəbrayılov da Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham olunurdu.
2019-cu ildə Cəbrayılovun 300 min dollar borca görə III və IV çağırış Milli Məclisin deputatı vəsiqələrini girov qoyması məsələsi üzə çıxandan sonra o, mandatdan məhrum edilməsi üçün parlamentə müraciət etmişdi. 2019-cu ilin sentyabrında MSK onun mandatdan məhrum edilməsi haqda qərar çıxarmışdı.
Rəfael Cəbrayılovun işi üzrə məhkəmə araşdırmaları hələ də davam edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi